top of page
3_4.webp

Yenilenme Tarixi 28.02.2025
Başvuru tarixləri :  02.06.2025 - 09.07.2025

Üniversiteler, Dumlupınar Bulvarı No:1, 06800 Çankaya/Ankara

  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok

Xatırladırıq ki, burada təqdim olunan məlumatlar universitetin rəsmi internet səhifəsindən götürülüb və paylaşılır. Universitet, qəbul prosesi üçün heç bir üçüncü tərəf şirkət və ya qurumla, o cümlədən dərnəyimizlə əməkdaşlıq etmir. Əgər hər hansı bir məlumatda uyğunsuzluq və ya ziddiyyət varsa, universitetin rəsmi informasiya kanallarına əsaslanmağınızı tövsiyə edirik

1. Tarixi

     Orta Doğu Teknik Universitei 15 Noyabr 1956 cı ildə Orta Doğu Yüksek Teknoloji Enistitüsü adıyla təhsilə başlamışdır. Bu gün ODTÜ də 43 bakalavr programı və 5 fakultəylə təhsil verir. Eyni zamanda universitetdə 107 magistr və 69 doktora programı var. Hal hazırda 1250 öğretim üyesi (Prof., Doç., Yrd. Doç.) 225 müəllim və 1350 asistan/araşdırmacıyla 28000 dən artıq tələbə ODTÜ ailəsidir. Bu gün Türkiyənin ən yaxşı 5 universitetindən biridir.

2. Reytinqi

     Dünyanın ən yaxşı 500 universiteti arasına zamanla girməyi də başarmışdır. Bəzi beynalxalq rating listlərində dünyanın ən yaxşı universitetlər sıralamasında üst yerlərdə göstərilir. Eyni zamanda Şimali Kıbrısda da 15 bakalavr və 5 magistr programıyla kampusu yerləşir. ODTÜ beynalxalq presteji olan bir universitetdir. Odur ki, hər fakultə müəlimlərinin 5 % dən çoxu xarici müəllimlərdir. ODTÜ də müəllim olmaq üçün mütləq xarici ölkə təhsili şərti olduğu üçün müəllimlərin demək olar ki, hamısının xarici ölkələrdə təhsili vardır. 93 ölkədən 1700 dən artıq xarici tələbə ODTÜ də təhsil alır. Mühəndislik fakultəsində bütün fakultələr ABŞın akredit qurumu olan Accreditation Board for Engineering and Technology (ABET) tərəfindən dəyərləndirilmiş və akredit edilmişdir.

3. ODTÜ-də KAMPÜS HƏYATI

     ODTÜ Ankaranın, o cümlədən Türkiyənin ən gözəl guşəsidir. Süni salınmış meşə, Eymir gölü ODTÜ nü daha gözəl edir. 4500 hektar kampus ərazisi və 3043 hekra meşəlik ərazisinə malikdir. ODTÜ tələbələrin yaşaması üçün hər cürə şəraitə malikdir. Balaca bir şəhər olan universitetdə 19 yataqxana, 1 alışverış merkezi, 1 böyük market, 9 bank, 3 sport kompleksi, 2 futbol sahəsi, 10 halısaha, 6 tenis sahəsi, olimpik üzmə havusu və bir çox sosial mərkəzlərlə tələbələrə gözəl bir tələbəlik həyatı yaşadır. ODTÜ nün Elmadağ və Bursa Uludağda yayda alpenisizm/dağ idmanları, qışda xizək üçün idman məkrəzləri yerləşir. Böyük Kültür Kongre Mərkəzində bütün il boyu müxtəlif teart, konsert, sənət sərgiləri keçirilir. Hər il Beynalxalq Bahar şənliyində tələbələr unutulmaz anlar yaşayır. ODTÜ tələbə təşkilatlarıyla da məhşurdu. Fərqli fakultələri müxtəlif hobi, əyləncə və sosial sahələrdə toplaşıb, gözəl və maraqlı tədbirlər həyata keçirirlər. ODTÜ Teknokent hissəsi araşdırma və inkişaf üçün tələbələrə xüsusi imkan yaradır. 

4. Abutriyentlərə məsləhətlər 

     ODTÜ hər kəsin xəyalında olan bir universitet olduğuna görə universitetə girmək üçün ciddi rəqabət olur. Bu rəqabət ODTÜyə ən yaxşı tələbələrin gəlməsinə səbəb olur. ODTÜ də qiymətləndirmə CURVE yəni bir növü ORTALAMA əsasında verilir. Bütün tələbələrin qiymətlərinin müəyyən bir usulla əddədi ortalaması alınır və ona görə qiymətləndirmə edilir. Bu da ən yaxşı tələbələrdən yaxşı olmalısınız deməkdir. ODTÜ texnik universiteti olduğunda dəqiq fənlər daha çox ağırlıqlıdır. Mühendislik fakultələrinə gəlmək istəyirsinizsə və Riyaziyyat, Fizika və Kimyadan bünövrəniz yoxdursa ODTÜ-də çox çətinlik çəkəcəksiniz. Tələbələrimizin ODTÜ də oxumağın çətin olduğunu, dərs yükünün çox olduğunu, müəllimlərin bəhanə dinləmədiyini çox yaxşı bilməlidir. Bu məsuliyyətlə gələn abutriyyentlər bu çətinliyi unudulmaz anılar, gözəl dostluqlar, dünyagörüşlü çox gözəl bir tələbələ çevirə biləcəklər.

5. ODTÜ-nü qazanmaq 

     ODTÜ-nü qazanmaq biraz çətindir. Qəbul sadəcə imtahan sonuçları əsasında aparılmır. Azərbaycan vətandaşlarından ən azından Dövlət İmtahan Mərkəzinin 1.ci imtahanın nəticəsini görmək istəyir. ODTÜ-də qəbulları təşkil edən bölməsi  Beynalxalq Tələbələr Ofisidir (qısa adı İSO). İşini bilən çox mehriban bir komandası var. ODTÜ şirkətlərlə müqavilə əsasındə tələbə yerləşdirmə yönündə qəti işləmir. Bu yöndə sizlərə vəd verənlərə qəti inanmayan. Dərnəyimizin 22 Aprel 2024 tarixli ODTÜ rektörlüyünə rəsmi müraciəti əsasında tələbələri düzgün məlumatlandırmaq və onların ən doğru tərcihi etmək üçün doğrudan İSO-dan sadəcə bilgi almaq mövzusunda bir razılığa gəlinmişdir. ODTÜ-nü qazanmaq üçün İSO öz web səhifəsində "Başvurunuzu Güçlendirme Yolları" adlı yazısını mütləq oxumalısınız. (Yazını oxumaq üçün linkə klikləyin) və ya ətraflı məlumat üçün bizə maildən vəya instagram səhifəsindən də yaza bilərsiniz. 

6. 2025-2026 Tədris İli üçün ODTÜ-yə başvuru 

Başvuru tarixləri : 02.06.2025 - 09.07.2025

Başvuru linki       :  https://application.metu.edu.tr/

Başvuruda qəbul edilən imtahanlar:

1) SAT- Ən az 1200 Toplam (Mühendislik Fakültesi, Mimarlık Fakültesi ve Fen-Edebiyat Fakültesi Fen Bilimleri Programları üçün buna əlavə olaraq 800 üzərindən ən az 700 “Math” bali almaq)

2) TR- Yös - Abutriyyentin girdiyi TR-YÖS imtahanı sıralamasında ilk %5'in içində olmaq.

3) DİM - DİM imtahanlarında baş vurduğu fakultəyə uyğun ixtisas qrupundan 700 üzərindən ən an 625 bal toplamaq

Başvuru üçün lazımlı sənədlər.

Sənədlər Türk və ya İngilis dilində olmalıdır. Biz Türk dilində olmasını tövsiyə edirik ki, başqa universitetlərə də başvuruda istifadə edə biləsiniz.

Əsas vacib sənədlər

1. Atestat və ya Atestat alınmayıbsa məzun olacağınızı görsədən arayış Türkçə vəya İngilis dilində (nümünə üçün klikləyin)

2. 9-10-11 ci siniflərdə aldığınız qiymətlər. (nümünə üçün klikləyin)

3. Tr-YÖS, DİM, SAT və ya aşağıda olan hər hansı bir imtahan nəticəsi. 

4. Foto.

5. Xarici pasportun şəkilli hissəsi və ya şəxsiyyət vəsiqəsi. Xarici pasportu tərcümə edilməsi lazım deyil. 

6. Başvuru ucreti 2024 ili üçün 55 ABŞ Dolları

Çox önəmli məlumat. Aşağıda yazılan hər hansı bir sənəd başvurunuzu daha qəbuledilir edəcəkdir.

  • Tr-Yös və ya SAT balıyla başvuru etsəniz bilə mütləq DİM balınızı da göndərin. Ən azından DİM imtahanın birinci hissəsinin balını görmək istəyirlər.

  • Dil imtahanı balı/sertifikatı göndərin. Bu mütləq ingilis dili olmalı deyil. Göndərdiyiniz imtahan balı və ya sertifikat mütləq təsdiq edilə bilir olmalıdır.

  • Orta məktəbdə hazırladığınız inşa, məqalə, ev tapşırığı kimi keyfiyyətinizi ortayan qoyan bir yazı işiniz.

  • Referans/Tövsiyə məktubu. Xususisən müəllimlərinizdən aldığınız önəmlidir. Tövsiyə olaraq başvuracağınız fakultəyə uyğun müəllimlərdən almanız işinizə daha yarıyar. Məsələn mühəndislik fakultəsi üçün riyaziyyat və ya fizika müəllimi, iqtisadi idari bilimlər üçün riyaziyyat və ya ingilis dili müəllimi kimi. 

  • Niyyət məktubu (Ətraflı linkə klikləyin). ODTÜ-nü niyə seçirsiniz, oxuyacağınız fakultələr üçün gələcəkdə ne etməyi planlayırsınız onun haqqında yazın. Çox geniş olmasın və çalışın həqiqi hədəflər olsun. (nümünə üçün klikləyin)

  • Əvvəl çalışdığınız hər hansı bir proekt (Əsasən də Memarlıq fakultəsi üçün)

  • Oxumaq istədiyiniz bölümlə əlaqəli sertifikatlar. Məsələn BMT fəaliyətlərinə qatılım, hər hansı araşdırmalarda işiniz, aldığınız online dərslər, stajlar və.s.

  • Qeyri Hökümət Təşkilatlarında (QHT) fəaliyyətləriniz. Bu QHT-lərin cəmiyyət yararına gördüyünü işlər olması əhəmiyyətlidir. Bu QHT deyil şəxsi bir fəaliyyətiniz də ola bilər.

  • Dərsdən kənar fəaliyyətləriniz. İdman fəaliyyətləriniz, sənət və.s.

  • Əlillik, xroniki xəstəlik ya da maddi vəziyyətinizlə bağlı xüsusi sənədlər.

7. 2025-2026 Tədris İli Təhsil Haqları

 Xatırladaq ki, Bakı Dəyanət Litseyi, Bakı Türk Anadolu Litseyi və Bakı Atatürk Litseyi bitirmiş abituriyent təhsil haqları ödəmirlər. 

Mühəndislik Fakültesi                                                   3000 dollar

Memarlıq Fakultəsi                                                         3000 Dollar

Fen- Edebiyyat Fakultəsi                                             3000 Dollar

(Mathematics, Physics, Chemistry, Biology, Molecular Biology and Genetics, Statistics)

Fen- Edebiyyat Fakultəsi                                             2000 Dollar

(Sociology, Psychology, History, Philosophy)

İqtisadi İdarəetmə Fakultəsi                                    2000 dollar

Eğitim Fakultəsi                                                               2000 dollar

ODTÜ qəbul sırasında tələbələrə təhsil haqlarında 25%, 50% və 75% endirim yəni burs da verə bilir. Bu burslar təhsil müddətincə deyil daxil olduğu ilə aiddir. Bəlirli bir ortalama altına düşsəniz o burs ləğv olur və normal təyin olunmuş qiymətlərdə ödəmə etməli olursunuz.

Bölüm
Kontenjan
Təhsil Haqqı(İllik/dollar)
Neft və Qaz Mühəndisliyi

10

3000

Metallurgiya və Materiallar Mühəndisliyi

5

3000

Mexanika Mühəndisliyi

11

3000

Dağ mədən və Faydalı Qazıntılar Mühəndisliyi

9

3000

Kimya Mühəndisliyi

10

3000

Geologiya Mühəndisliyi

6

3000

İnşaat Mühəndisliyi

15

3000

Aviasiya və Kosmos Mühəndisliyi

10

3000

Qida Mühəndisliyi

6

3000

Sənayə Mühəndisliyi

8

3000

Elektrik və Elektronika

15

3000

Ətraf Mühit (Çevrə) Mühəndisliyi

9

3000

Komputer Mühendisliyi

14

3000

English Language Teaching (ODTÜ-SUNY New Paltz)

3

2000

Riyaziyyat Tədrisi

2

2000

Kimya Tədrisi

2

2000

İngilis Dili Tədrisi

12

2000

Fizika Tədrisi

2

2000


Komputer və Təlim Texnologiyaları

8

2000

Business Administration (METU-SUNY Joint Program)
Global and International Affairs (METU-SUNY Joint Program)
Beynəlxalq Əlaqələr

12

2000

Siyasiət və İdarəetmə

12

2000

Biznesin İdarə Edilməsi (Menecment)

10

2000

İqtisadiyyat/Economics

15

2000

Tarix

2

2000

Sosyologiya

4

2000


Psixologiya

15

2000


Molekuylyar Biologiya və Genetika/Molecular Biology and Genetics

14

3000


Riyaziyyat

13

3000


Kimya

8

3000

Statika

18

3000

Fizika

25

3000

Philosophy

3

2000

Biologiya

12

3000

Şəhər ve Regional Planlama

10

3000

Memarlıq

15

3000

Sənəye dizayn

10

3000

8. 2025-2026 Tədris İli Kontenjanları

2024-2025 Tədris İlində Fakültələrə Başvurularda Rəqabətlilik

Ən Yüksək

Rəqabətli

Menecment/İşlətmə

Aerokosmik Mühəndisliyi

Kompüter Mühəndisliyi

Yüksək

Rəqabətli

Sənaye Mühəndisliyi
Mexanika Mühəndisliyi
Elektrik və Elektronika Mühəndisliyi
Beynəlxalq Münasibətlər
İqtisadiyyat
Psixologiya
Molekulyar Biologiya və Genetika
Memarlıq

Rəqabətli

Kimya Mühəndisliyi
Sosiologiya
Kompüter Təhsili və Tədris Texnologiyaları
Neft və Təbii Qaz Mühəndisliyi
Siyasi Elmlər və Dövlət İdarəçiliyi
Riyaziyyat
Sənaye Dizaynı
Vətəndaş Mühəndisliyi
Statistika
Qida Mühəndisliyi
Kimya
Metalurgiya və Material Mühəndisliyi
Ətraf Mühit Mühəndisliyi
Biologiya

Aşağı Rəqabət

Şəhər və Regional Planlaşdırma
Beynəlxalq Münasibətlər (SUNY)
Xarici Dil Təhsili
Tarix
Fəlsəfə
Geologiya Mühəndisliyi
Mədən Mühəndisliyi
Kimya Təhsili
Fizika Təhsili

9. 2025-2026 Tədris İli üçün İngilis dili Hazırlıq.

     Bildiyiniz kimi, ODTÜ-də bütün tədris ingilis dilində aparılır. Qəbul zamanı tələb olunan dil sertifikatlarını təqdim etməyən tələbələr üçün universitet tərəfindən İngilis Dili Yeterlilik İmtahanı (English Proficiency Exam) təşkil olunur. Bu imtahan adətən sentyabr ayında, dərslərin başlanmasına təxminən 10 gün qalmış keçirilir.

     Əgər siz bu imtahandan keçə bilməsəniz və ya ümumiyyətlə ingilis dili bilikləriniz kifayət qədər deyilsə, universitet sizə 1 illik İngilis dili hazırlıq proqramında təhsil almaq imkanı təqdim edir. Əgər bu hazırlıq ilində uğur əldə etməsəniz, ikinci dəfə hazırlıq proqramını oxumağınıza da şərait yaradılır.

      Nəzərə alın ki, bu hazırlıq illəri sizin ixtisas üzrə rəsmi təhsil müddətinə daxil edilmir.

      Əgər siz universitetə qəbul zamanı aşağıdakı beynəlxalq imtahanlardan yetərli bal toplasanız, hazırlıq mərhələsini keçərək birbaşa ixtisas üzrə təhsilə başlaya bilərsiniz.

Ətraflı məlumat:  https://epe.metu.edu.tr/ 

Səviyyə
ODTÜ İYS
TOEFL IBT*
PTE ACADEMIC**
İngilis Dili Müəllimliyi/Foreign Language Education
70
86
73
Sunny və Magistr /SUNY and Graduate Programs
65
79
70
Bakalavr səviyyəsinə başlamaq/Undergraduate programs
60
75
65

10. 2024-2025 Tədris İli üçün qəbul edilən imtahanlar.

Qəbul edilən beynəlxalq imtahan listəsi üçün rəsmi elanı tıklayın.

11. 2025-2026 Yataqxana başvurusu və qiymətləri

çox qısa vaxtda elan ediləcək.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page