top of page
askeri tören

Əsgərlik və ya Digər Rəsmi Sənədlərin Hazırlanması

Əsgərlik üçün sənədin hazırlanması.

Bu yazıda Türkiyədən göndərilən sənədlər haqqında geniş bilgi veriləcək.

Türkiyə Respublikasından hər hansı bir rəsmi sənədin Azərbaycanda keçərli olması üçün mütləq Apostil edilməlidir. Apostil olunan sənədlərdə bəzi məqamlara diqqət edilməlidir. 

1. Öğrenci bəlgəsi mütləq islak möhür vurulub və islaq imza atılmalıdır.

2. İmza atan məmurun mütləq Valilik sistemində imzası olmalıdır. Odur ki, sənəd üçün üniversitetə başvurduğunuzda mütləq sənədin apostil ediləcəyini bildirin. Eyni zamanda sənədi imza yetkisi olan birisinin imzalanmasını xahiş edin.

3. Apostil Türkiyədə ilçə (rayon) Kaymakanlıklarında və ya Valilikdə edilir. Türkiyədə notariusda apostil edilmir.

4. Apostil edərkən mütləq Azərbaycan üçün ediləcəyini bildirin. Azərbaycan üçün edilən apostil başqa ölkələr üçün istifadə edilməz.

4. Apostil etmək 5 dəqiqəlik bir işdir və pulsuzdur. Yalnız bəzi dairələr fərqli ad altında 5-10 tl pul ala bilirlər.

6. Apostil edilmiş sənədləri Azərbaycana göndərin. PTT lə göndərilən sənədlər 10 gün içində Bakıya çatır.

7. Azərbaycanda sənədlərin tərcümə təsdiqini notariuslarda edin

8. Əlaqəli Hərbi komisarlığa təqdim edin.

9. 01.01.2024 Tarixindən etibarən Öğrenci Bəlgələrinin Türkiyə Eğitim Müşavirliyində təsdiq olunması işləmi dayandırıldığı üçün apostil edilmiş sənədləri orada təsdiqləmək lazım deyil.

Fikirləriniz Bizim Üçün Önəmlidir!

Görüşlərinizi bizə yazın!

  • Facebook
  • Twitter
  • Instagram

Mesajınız üçün təşəkkür edirik

bottom of page