top of page
Bankalar.png

Türkiyədə Bank Hesabı Açmaq

Türkiyədə Bank Hesabı açmaq

     18 yaşını tamamlayan şəxslər Türkiyə Respublikasında bank hesabı açmaq həm sadəcə pasportla həm də oturum/ikamet kartıyla hesab aça bilirlər. Bunların yanında daimi yaşayış yeri və vergi kimlik nömrəsi tələb edilir. Vergi kimlik nömrəsinin necə alındığına dair məlumat almaq üçün bu linkə tıklayın. 18 yaşından kiçik olanların ata ana icazəsiylə hesab aça bilsələrdə bu realda banklar bunu etmirlər. Türkiyədə banklar çoxdur və bunların bəziləri online fəaliyyət görsədir. Biz sizə bir necə məsləhət hesab məsləhət görəcəyik.

     

     Pasportla hesab açmaq Zıraat Bankında mümkündür. Bunun üçün pasportdan başqa vergi kimlik nömrəsinə və daimi yaşayış yerinə ehtiyaç var. Sadəcə pasport və vergi kimlik nömrəsiylə xarici vətəndaşlara hesabların açılması haqqında demək olar ki, şöbələr çox məlumatsızdır. Odur ki, daha öncə hansı şöbədə hesab açdıran tanışınız varsa o şöbədən açırdırmanız məsləhətlidir.

     1. Universitetinizin işlədiyi bank. Türkiyədə hər bank bir üniversitetlə işləyir. Təhsil haqların online ödənilməsi, yeməkxana, spor salonları ve.s kimi sosyal xidmətlərin ödənilməsi üniversitetin müqaviləsi olan banklarla mümkündür. Əgər üniversitet tələbəsinizsə bu banklarda hesab açmaq asan olur.

     2. Ziraat Bank. Ziraat bank Azərbaycanda fialyalı olduğuna görə pul köçürmələrdə faydalı olur. Eyni zamanda dövlət bankı olduğuna görə də vergi, bələdiyyə və.s. kimi dövlət quruluşlarına ödəmələrdə çox faydalı olur.

     3. Dövlət banklari. Ziraat, Vakıf və Halkbank. bu bankalrın hər hansı birində hesabınızın olması yuxarıda bəhs edilən dövlət qurumlarına ödəmələrdə faydalıdır. Bu üç bank içində Halkbank hesab açmaq biraz çətindir. Universitetinizin o bankla müqaviləsi yoxdursa havayı vaxt itirməyin hesab açmırlar. 

     4. İş Bankası, Yapı Kredi bankları. Özəl banklar içində ən geniş istifadə olunan banklardır. Hesab açmaq asandır amma pul transfer qiymətləri bahadır. Çox gözəl mobil tətbiqləri var.

     5. Enpara. Enpara fiziki olaraq şöbəsi yoxdur QNB Finansbankın bir qolu olduğundan şöbələrini istifadə edir. Çox gözəl bir bank sistemi var. Pul transferlərindən pul kəsintisi etməzlər. Müştəri xidmətləri çox operatifdir, mobil tetbiqi çox sadədir. Ən önəmlisi Azərbaycandan  card to card-la gələn pullarda komisyon tutmur. Əlinizdəki Türk Lirasını günlük faizə də qoya bilirsiniz. Bank hesabı açmaq da onlinedır. Bütün tələbələrə bu bankdan hesab açmağı tövsiyə edirik.

     6. Papara. Enpara kimi bir uygulamadır amma 2021 ci ildən fəaliyyətdədir. 

     7. Hadi. Hadi sistemi A101 marketlərdən alışveriş edənlər üçün sərfəli online bir hesabdır. 3% nəğd ödəniş geri qaytarır amma 125 tldən artıq geri ödəmə etmir.

Fikirləriniz Bizim Üçün Önəmlidir!

Görüşlərinizi bizə yazın!

  • Facebook
  • Twitter
  • Instagram
bottom of page