top of page

Türkiyə üçün
ATESTAT
Dənkliyi Almaq 

     Bildiyiniz kimi Türkiyədə təhsil almaq üçün mütləq Atetstatınızın dənkliyini almalısınız. Türkiyə universitetlərinə qeydiyyat zamanı əgər dənkliyiniz yoxdursa sizə müəyyən bir vaxta qədər vaxt verirlər. Əgər o vaxta qədər dənkliyinizi verməsəniz sizin qeydiyyatınızı silə bilərlər. SUBBAKALAVR (Kollec diplomları) diplomlarına dənklik verilmir. Dənkil almaq üçün 2 yol var. Azərbaycandakı Eğitim müşavirliyinə müraciət etmək, Türkiyə ərazisində Milli Eğitim Bankanlığı şöbələrinə mürricət etmək. Hər iki variantda mütləq randevu alınmalıdır. Sənədlər PDF şəkilində olmalıdır. Dənklik online olaraq QR kodlu verilir. 

     1. Azərbaycanda dənklik almaq. Azərbaycanda dənklik almaq daha az sənəd edilir amma çox vaxta rəsmləşir.  Bunun üçün Anadolu litseyinin arxasında yerləşən Türkiyə Eğitim Müşavirliyinə müraciət etməlisiniz. Müraciət etmədən öncə MEB Denklik səhifəsinə müfaviq sənədləri yükləyib randevu almaq lazımdır. Azərbaycanda başvuru sayısına görə dənlik verilmə sürələri 3 aya qədər uzana bilir. Odur ki, atestatınızı alır almaz bu prosedura başlamalısınız. 
 

Bunun üçün aşağıdakı sənədlər tələb olunacaq.

a) İmzalı başvuru formu (online alınır)

b) Tələbənin pasportu və noter təsdiqli tərcüməsi

c) 9-10-11 ci siniflərdə oxuduğunuz qiymətlər və onun noter təsdiqli tərcüməsi

d) Atestat, Atestatın Apostili, Atestatın noter təsdiqli tərcüməsi. 

c) Tələbə 18 yaşı tamamlamayıbsa valideyinlərin icazəsi.

Bu sənədlər www.edenklik.meb.gov.tr adresindən sistemə yüklənilməli və Azərbaycan Bakü işarənməlidir. Randevu tarixində bu sənədlərin orginalı sizlərdən tələb ediləcəkdir.

1. Türkiyədə dənklik almaq. Türkiyədən dənklik almaq üçün yaşadığınız şəhərin İl Eğitim Müdürlüyü və ya İlcə Eğitim Müdürlüyünə müraciət etməlisiniz. Müraciət etmədən MEB Denklik səhifəsinə müfaviq sənədləri yükləyib randevu almaq lazımdır. dənkliyin verilmə vaxtının üst limiti yoxdur amma 10 gün içində hazır olur. 

 

Bunun üçün aşağıdakı sənədlər tələb olunacaq.

a) İmzalı başvuru formu (online alınır)

b) Tələbənin pasportu və noter təsdiqli tərcüməsi

c) 9-10-11 ci siniflərdə oxuduğunuz qiymətlər və onun noter təsdiqli tərcüməsi

d) Atestat, Atestatın Apostili, Atestatın noter təsdiqli tərcüməsi. 

e) Tələbə 18 yaşı tamamlamayıbsa valideyinlərin icazəsi.

f) İkamet/ Oturum İzni

g) Universitetdən öğrenci belgesi.

Bütün məlumatlar https://edenklik.meb.gov.tr/ adresində dəqiq yazılıb.  Rəsmi məlumatlar məhz o səhifədə mövcuddur. Bizim yazdığımızla yuxarıdakı səhifədə dəyişiklik var yuxarıdakı səhifədən məlumat doğrudur. Unutmayın idarə sizdən əlavə sənəd də tələb edə də bilər. 

 

İbtidai, Orta Məktəb və Lisələrdə Təhsil Almaq İstəyənlər

Türkiyə orta məktəblərində təhsil almaq üçün ilk öncə orta məktəbinizin dənkliyini almalısınız. üraciət etmədən MEB Denklik səhifəsinə müfaviq sənədləri yükləyib randevu almaq lazımdır. Dənklik alındıqdan sonra məktəbə müraciət edə bilərsiniz.

bunun üçün aşağıdakı sənədlər tələb edilir 

1. İslak imzalı başvuru formu (online alınır)

2. Sagirdin pasportu və noter tərcüməsi

3. Şagirdin pasportunun bütün səhifələrinin rəsmi

4. Valideyinlərinin kimlikləri və noter tərcümələri.

5. a) İbtidai sinif şagirdləri üçün məktəbdən imzalı və möhürlü son sinif aid qiymət cədvəli və noter tərcüməsi.

     b) Orta və ya Lisedə oxuyacaqsa oxuduğu mərtəbədə ait bütün siniflərin imzalı möhürlü  qiymətləri. (Əgər son sinif qiymət cədvəlində bir üst sinifə keçdiyi yazmırsa əlavə olaraq üst sinifə keçdiyinə aid ayrılma ərizəsi. )

6. Oturum/İkamet bəlgəsi.

7. Ana ata ayrıdırsa etibarnamə yazılmalıdır. Etibarnamə Türkiyə xaricində düzəldilibsə mütləq Türkiyə Cumhuriyyəti səfirlikləri tərəfindən təsdiq edilməlidir.

8. Valideyin və şagirdin soyadları fərqlidirsə şagirdin doğum şəhadətnaməsi və noter təsdiqli tərcüməsi.

  

Fikirləriniz Bizim Üçün Önəmlidir!

Görüşlərinizi bizə yazın!

  • Facebook
  • Twitter
  • Instagram
bottom of page