Məzun Olduqdan Sonra Nə Etmək Lazımdır?
Qeydiyyatın silinməsi Türkiyəni tərk etmək istəyənlər
Uzun əziyyətdən sonra məzun olursunuz və onun həyacanıyla bəzi unutqanlıqlar müşahidə edilir. Təbii ilk edilməsi gərəkən iş qeydiyyatınız silinməsidir. Bu prosess hər üniversitetdə demək olar ki, eynidir sadəcə kiçik fərqliliklər ola bilər. Qeydiyyatın silinməsi üçün ilk öncə kitabxana, yataqxana kimi yerlərə borcunuzun qalmadığına dair əlaqəli müdürlüklərdən imza alırsınız. Diplomunuz hazır olur və çox nadir durumlarda hazır olmasa sizə keçici məzuniyyət belgəsi verirlir. Diplomunuzu və əlavəsini aldıqdan (Bəzi üniversitetin diplomlarında əlavə olmaya bilər) sonra mütləq onun 5-6 nüxsə kopyasını üniversitetin Öğrenci İşlərində həm diplomun həm də əlavəsinin kopyalarına ASLI GİBİDİR möhrü vurdurun və imzalatdırın. Aslı gibi möhürü almayanlar noterlərdən də Aslı Gibidir edə bilər amma o çox xərc tələb edir. 5-6 ədəd də rəsmi transkript alın və birini Apostil elətdirin. Diplom və varsa əlavəsinin kopyalardan birini mütləq ən yaxın kaymakanlıkda Azərbaycan və ya hədəflədiyiniz ölkə üçün Apostil elətdirin. Xatırladaq ki, sənədlər ölkəyə görə apostil etdirilir. Yəni siz Azərbaycan üçün apostil etdiyiniz sənədi Rusya üçün istifadə edə bilməzsiniz. Apostilə daxil olmayan ölkələr üçün də əlaqəli ölkə səfirliklərindən təsdiq etdirin (Məs. Birləşmiş Ərəb Əmirliyi). Apostil üçün diplomun əslini verməməyiniz məsləhətdir çünkü həm möhür vururlar, həm qatlayırlar, həm də zımba vuraraq məcazi də olsa sənədin anasını ağladırlar. Xususiylə Avropa planı olanlar mütləq pasportuyla oxuduğu illəri əhatə edən ADLİ SİCİL KAYIDI da alsınlar. Daxil olduğunuz öğrenci topluluqlarından sertifakatlar da mütləq alacağınız sənədlər arasında olsun.
Məzuniyyət sonrası Türkiyədə qalmaq istəyənlər
Tələbə oturumunuz bitmədən və ya bitişindən 6 ay içində Kısa Dönem İkamet izninin Türkiye'deki bir üniversiteden mezun olanlar kategoriyasindan bir dəfəyə məxsus maximum 1 illik ikamet izni ala bilirlər. Bu ikamet izni növdə kart ücretiylə bərabər harç ücreti də alınır (Azərbaycan vətandaşlari üçün 70 $). Bu arada siz özünüzə iş axtara bilərsiniz vətəndaşlıq və çalışma izninə başvura bilərlər.
Tələbələr məzuniyyət sonrası vətəndaşlıq başvuru haqqı da ola bilir. Türkiyədə gün sayımına başvurduğun gündən geriyə 5 il içində toplamda 4 il kəsintisiz Türkiyədə qalmısınızsa bu haqqdan istifadə edə bilərsiniz. Tələbə oturumuz aktif ikən bu haqdan yararlana bilmirsiniz amma yuxarıda bəs edilən ikamət izni növü aldıqdan sonra baş vuru haqqınız olur.
Güvəndiyiniz birinə vəkalət/etibarnamə verin
Tələbələr böyük əksəriyyəti məzun olub getsə də yenə də Türkiyədə bir işi olur. Ona görə Türkiyədə birinə vəkalət vermək sizin işlərinizi çox asanlaşdıracaqdır. Azərbaycandan alınan etibarnamələr nə qədər də huquqi olaraq keçərliliyi olsa da Türkiyədəki bəzi dövlət qurumlarına anlatmaq xususi səbr istəyir. Türkiyədən alınan vəkalətnamələrə eyni cür davranmırlar və məcbur qəbul edirlər.