top of page

Tələbələr üçün Ən Münasib Sığortalar!

     Sağlıq sığortası Türkiyə Respublikasında daimi yaşayış almaq üçün Göç İdarəsi tərəfindən məcburi tələb edilir. Bu sığortanın məqsədi sağlıq problemləri zamanı sizin ortada qalmamanızı normal müalicə görmənizi sağlamaqdır. Əfsuslar olsun ki, bu məcburiyyət bəzi şirkətlər tərəfindən tələbələr və valideyinləri aldatmağa yönəlik istifadə edilir. Odur ki, sığorta almadan bu yazını oxuyun.

     Türkiyədə Sağlık Güvənlik Kurumu (SGK) və Özəl Sağlıq sığortası olaraq 2 növ sağlıq sığortası əldə etmək olur. Biz bunu 3 kategoriyada dəyərləndirəcəyik. Göç İdarəsi sadəcə ilk başvuru edənlər üçün 3 aylıq SGK üçün vaxt verir. Özəl sığortalarda belə bir uyqulama yoxdur. Odur ki, oturum başvurusu üçün aşağıdakı bilgiləri əldə etməlisiniz. 

  •  Poliçə nömrəsi

  • Sığortanın bitiş tarixi

  • Yenilənmə nömrəsi

  •  ``İş bu poliçe 16.06.2021 tarih ve 2021/8 sayılı Vize ve İkamet İzni Taleplerinde Yaptırılacak Sağlık Sigortalarına ilişkin Genelge'de belirlenen asgari teminat yapısını kapsamaktadır.`` yazısı

 

     1.  Dövlət sığortası: Sağlık Güvənlik Kurumu (SGK)

     Bu sığorta bütün dövlət və özəl xəstəxanalarda keçərlidir. Bu sığortanı əldə etmək üçün TC nömrənizin olması lazımdır. Sığorta sadəcə universitetə daxil olan tələbələrə yeni qeydiyyat edildikdən 2 ay içində verilir. Türkiyədə minimum əmək haqqı artıqça onun da qiyməti artır. İlin əvvəlində toplu olaraq illik ödənilir. 2024 tarixli qiyməti 10000 TL dir. Bu sığortadan xroniki xəstəlikləri olanlar, dərmana bağlı yaşayanlar, gələcəkdə əməliyyat ediləcək olanlar yararanması çox önəmlidir. Bu sığortanın ən pis tərəfi Göç İdarəsindən İkamet Oturumu geç alındığı üçün bunun da 2 ay içində alına bilinməməsidir. Başqa bir pis tərəfi bu sığortanı sadəcə ilk il alıb sonrakı illərdə uzada bilirsiniz. Bir sonrakı ildə SGK dan yararlana bilmirsiniz. SGK-dan 2 ay müddətdə yararlanma problem yaşanmaması üçün alternatif bir yol var. Bu yol SGK-la kəsinləşdirmədiyimiz üçün hələlik burda yazmırıq. SGK-dan sığorta almaq istəyənlərin gəlir gəlməz Göç İdarəsinə oturum izni üçün baş vurmaları mütləqdir. Əks halda oturum dalayısıyla TC-niz gec gəldiyi üçün bu haqdan yararlana bilməyəcəksiniz. YTB=li tələbələr sığortası SGKdan edilir buna görə də onların sığorta alması gərəkmir. Yalnız onların da SGK-ya müraciət edərək poliçə nömrələri mütləq öyrənməlidirlər. 

 

        2. İşə yarayan Özəl Sağlıq Sığortaları.

     Özəl sağlıq sığortalarını almadan öncə sığorta şirkətindən poliçənizin hansı xəstəxanalarda keçərli olduğunu hansı vəziyyətdə və ödənişin neçə faizini qarşıladığını öyrənməniz çox vacibdir. İşə yaran poliçələri qiyməti illik 4000 Tl nin üzərindədir. Özəl sağlıq sığortaları sadəcə anlaşmalı olduqları xəstəxanalarda keçərlidir. Müayinə olmadan əvvəl xəstənanın ANLAŞMALI KURUMLAR bölməsinə müraciət edərək poliçenizin burda keçib keçmədiyini və keçirsə neçə faiz qarşıladığını öncədən öyrənin. Sığorta şirkətinizn anlaşmalı olmadığı xəstəxanalarda ödənişi qarşılama faizləri fərqlidir. Orada da fərqli bir yol izləyirlər. Siz müayinə olursunuz, pulunuzu ödəyirsiniz və ən sonda faktura və EPİKRİZ RAPORU alırsınız. Sonra onu sığorta şirkətinizə göndərirsiniz. Onlar da poliçənizə baxaraq sizin hesaba geri ödəniş edirlər. Sığortanızın hansı xəstəxanalarda keçərli olduğu sığorta şirkətinizin internet səhifəsində tapa bilərsiniz.

    3. İşə yaramayan sağlıq sığortalar

   Əsasən bu kategoriyadakı sığortalarla tələbələr aldadılır. Bu aldatmanı da ən çox oturum xidməti verən şirkətlər edirlər. Bu sığortaların qiyməti ortalama illik 500 TL dir. Sadəcə Göç İdarəsindən oturum almaqda işə yarayır. Bu sığorta şirkətlərinin üstündə 2000-3000 tl yazılır amma güya endirimli 400-500 TL kimi qiymətlərə verilir. Şirkətlər də sığorta üstündə bu qiymətləri görsədərək valideynləri və tələbələri aldadırlar. Anlaşması olan xəstəxanalara getdiyinizdə bu sığorta şirkətinin keçərli olmasına rağmən poliçələrin müayinəzini qarşılamayacağını bildirirlər. Bu sığortalar gənəldə xəstə olmayan xəstələnsə də aptekdən dərman alaraq müalicə alanlar üçün məsləhətlidir. 

     Hansı sığortanı seçməlisiniz?

 Təcrübələrimizə görə tələbələr geç xəstələnirlər. Xəstələnənlər də əyaqda müayinə ola biləcək tələbələrdir. Biraz qızdırma olan kimi valideyinlər həyacanlasa da bu nəticə etibariylə duyğusal həyacanlanma olduğu ortaya çıxır. Bu cür vəziyyətlətdə Türkiyədə hər məhəllədə yerləşən AİLƏ HƏKİMLİKLƏR-indən pulsuz xidmət ala bilərlər. Odur ki, bu pulsuz xidmətlərdən yararlanmaq istəyən tələbələr oturum aldıqdan həmən sonra adresslərinə yaxın ailə həkimliklərinə qeydiyyat etməlidirlər. Bəzən Ailə Həkimlikləri yabancıların qeydiyyatının mümkün olmadığını desələr də bu onların bilmədiyindən irəli gəlir. Universitet kampüslərində də xəstəxanalar öz tələbələrinə pulsuz xidmət görsədirlər. Odur ki, bəzən bahalı sığortalar almaq gərəkdirmir. Özəl sağlıq sığortaları dərmanları qarşılamır amma SGK qarşılayır.  

     Dərnəyimiz təlbələrimizin və ailələrin aldatılmaması üçün bir neçə addım atır. Hansı sığortaların işə yarayan olub olması üçün +90 537 946 89 86 nömrəli whataspp nömrəsinə yazaraq PULSUZ bilgi ala bilərsiniz. Dərnəyimizin tələbələr üçün ən uyğun qiymətə sığorta təşkili üçün anlaşdığımız firmalar da vardır. Bu barədə də məlumat almaq üçün yuxarıdakı nömrəyə yaza bilərsiniz 

bottom of page