top of page

Biz Kimik?

         Türkiyədə təhsil almaq yolları açıldıqdan sonra bu ölkəyə on minlərcə  tələbə gəlib məzun olur. Daha öncə aktiv tələbələr öz aralarında bir neçə dəfə cəhd etsələr də oturmuş bir sistem qurulmayıb. Son illərdə tələbə sayında ciddi artışlar var. Bu artışlar o qədər yüksəkdir ki, artıq tələbələrin problemləri ciddi bir yerə gəlib. Bu artışdan istifadə edənlər tələbələrimizi və onların valideyinlərini müxtəlif yollarla səhv yönləndirə bilirlər. Eyni zamanda Türkiyədə bürokratik çətinliklər qarşısında tələbələrimizi müxtəlif yollarla aldatmağa çalışanlar da çoxalmağa başlayıb. Başqa bir səbəb göç problemlərinin artdığı Türkiyədə bəzən bizim tələbələr də *Qurunun yanında yaş da yanar" misalıyla problemlərlə üzləşməsidir. Biz də Türkiyədə təhsil alan tələbələrimizi bu cür problemlərin həlli, həmvətənlilərimizi dələduzlar və haqsız qazanç əldə etmək istəyənlərə qarşı məlumatlandırmaq, tələbələr arasında əlaqələri gücləndirmək, birlik bərabərliklərinə, onların yaşayışını asanlaşdıracaq maddi və mənəvi dəstək olmaq məqsədiylə tələbə və məzunlardan ibarət 05.02.2024 tarixli 06-154-148 Kütük nömrəsiylə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Ankara Valiliyi İl Sivil Müdürlüyündə rəsmi qeydiyyatı olan bir təşkilat qurmağı məqsədə uyğun gördük. Tamamən könüllülərdən ibarət olan kollektifimiz məqsədi hər üniversitetdə yaranacaq təşkilatlanmayla problemlərin müəyyən etmək və onları öz aramızda və ya əlaqəli qurum və qurluşlarla həll etməkdir.

logo azerbaycan Mezunlar Derneğİ.png
bottom of page