top of page

TƏLƏBƏLƏR ÜÇÜN OTURUM İZNİ/İKAMETGAHA TƏLƏB EDİLƏN SƏNƏDLƏR*

*Xatırladaq ki, Göç İdarələri 3.cü tərəflərlə işləmir və bu yazı tələbələrdən gələn bilgilər əsasında tövsiyə xarakterli yazılıb. Sənədlərin tələb edilməsi tam olaraq Göç İdarələrinə bağlı olaraq fərqliliklər görsədə bilər. Göç İdarələri əlavə sənəd tələb edə bilər.

        Tələbələrin Tükiyə Respublikasında viza tarixindən daha uzun müddətli qalmaq üçün İl Göç İdarələrindən randevu alaraq lazımlı sənədləri təqdim etməlidirlər. Azərbaycan vətəndaşları Türkiyə Respublikasında 90 gün vizasız qala bilər. (Viza qaydaları haqqında bilgi üçün tikla) İl Göç İdarəsindəki müraciət sayısından aslı olaraq sənədləri təhvil verdikdən təxmini 45 gün içərisində Oturum İzni kartınız adressinizə poçt yoluyla göndərilir. Göç İdarəsi qanuni dəyərləndirmə sürəsi 90 gündür. Ancaq tələbə ikametləri dəyərləndirməsi qısa və sadə olduğundan 60 gün içində hər hansı bir sms almayan tələbələrin Göç İdarəsiylə əlaqə saxlaması məsləhət görülür. Göç İdarəsinin Tələb etdiyi sənədlərin bir çoxu Türkiyəyə girməmişdən əvvəl Azərbaycandan alınmalıdır. Bəzi sənədlər isə Türkiyədə alınır. Bu ikamət izni almaq üçün vətəndaşlar mütləq xarici pasportla Türkiyəyə giriş etməlidirlər. Türkiyəyə şəxsiyyət vəsiqəsiylə giriş edənlər çıxış edib yenidən pasportla Türkiyəyə giriş etməlidirlər. Sənədləri tamamladıqdan sonra 29.11.2023 tarixli protokol əsasında randevu tarixini gözləmədən üniversitetlərin öğrenci işlərinin əlaqəli şöbələrinə əksiksiz təslim edilməlidir. Sənədləşmə tamamən tələbənin məsuliyyətindədir. Əsas lazımlı sənədlər aşağıdakılardır

Azərbaycan_pasportu_2021.jpg

1. Xarici Pasport

   Üzərində İngilis dilində bilgilər olan pasportlar üçün əlavə bir tərcümə təsdiq işləminə gərək yoxdur. Pasportların ən az bir il etibarlılıq müddəti olmasına diqqət edilməlidir. Göç İdarəsi oturum icazəsini sizin pasportunuzun etibarlılıq tarixinə 2 ay qalmış qədər verir. Məsələn, pasportunuzun etibarlılıq tarixi 23.08.2025-sə sizə veriləcək oturum 26.06.2023 tarixinə qədər olacaqdır. Buna görə vətandaşların nə qədər uzun müddətli pasportu olsa onlar üçün o qədər rahat olacaqdır.

2. Yaşayış yeri      
Tələbələrin iqamət alması üçün Türkiyədə mütləq daimi yaşayış yeri rəsmi şəkildə görsədilməlidir. Əgər tələbənin yaşayış yeri:
  1. Yataqxana/yurtdursa yataqxana müdürünün imzalı, möhürlü vereceyi sənəd.
  2. Kirada qalırsa ev sahibinin (tələbələr ala bilmir yalnız ev sahibi edə bilir) noterdə təsdiq edilmiş sizin adınıza olan kira müqaviləsi. Əgər kontrakta sizin adınız yoxdursa oturum verilməyəcəkdir.
  3. Öz adına olan evdirsə, tapu/kupça və tapu müdürlüklərindən alınan Tapu Devam Sənədi. Eyni zamanda yerli bələdiyyələrdən alınan numerataj belgesi. 
  4. Bir tanış və ya qohum evində qalırsa, tanış və ya qohumun Türkiyədəki noterlərdə yanında qalacagına dair təsdiqlədilmiş sənəd: Taahhütname
  5. Otel, Pansiyon, Apartda qalırsa müdürlərin imzalı möhürlü sənəd.
Qeyd: İkinci il uzatma başvurusu edənlər əgər yaşadıqları yeri dəyişməyiblərsə e-devlet dən yerləşim yeri bəlgəsi almaları yetərlidir. Bunun üçün oturum /tc nömrəniz və e devlet şifrəsiz olmalıdır. Əgər e devletdə yerleşim yeri belgeniz görsənmirsə İl Göç İdərələrinə müraciət edib adress kayıtınızı güncəlləməlisiniz. 

 

Modern Architecture
ogrenci belgesi.png

3. Öğrenci Belgesi/Universitetdən kağız.​   

Bu sənəd normal öğrenci bəlgəsindən fərqlidir və hər üniversitet fərqli şəkildə verə bilər. Ona göre universitetinizin öğrenci işlərinə baş vuraraq Göç İdarəsi üçün Öğrenci Bəlgəsi verilməsini istəyin. Öğrenci belgesində olması gereken bilgilər.1) Yök tərəfindən verilmiş 98 lə başlayan keçici kimlik nömrəsi.2) Adı Soyad və Ata adı3) Universitetə qeydiyyat ili4) Sinifi5) Öğrenci nömrəsi6) Üniversitetin möhrü və məsul şəxsin imzası. Bunlar elektronik şəkildə də ola bilər7) Aktiv tələbə olması

4 ədəd Biometrik Şəkil.

     Biometrik şəkillər son 6 ayda çəkilməli, 5x6 ölçülərində arxası ağ fonda olmalıdır. Biometrik şəkil çəkdirdikdiyinizdə mütləq fotorafçınıza elektron/dijital versiyasını mail və ya whatsappınıza atması istəyin. Özünüz çəkməyin sistem qəbul etmir. 

amerika vize1.jpg
tamamlayici-saglik-sigortasi-nedir.webp

5. Qaldığın müddəti əhatə edən sığorta

SGK (dövlət sığortası) universitetə kayıt tarixindən (göç başvuru, dərslərin kayıt tarixi deyil) 2 ay içərisində, Göç İdarəsindən oturum kartı aldıqdan sonra ala bilərlər. Çox bahadır ancaq bütün dövlət xəstəxanlarında keçərlidir. Bunun üçün Göç İdarəsi sizdən baş vurunduğunuz anda sığortan sənədini tələb etmir və bir müddət vaxt verir. Bu vaxt içində sığortanızı Göç İdarəsinə vermədiyinizdə oturumunuzu iptal edir. İlk ilində SGK etməyənlər sonrakı illərdə bundan faydalana bilmirlər.

Özəl Sağılik sığortaları dövlət sığortalarına görə çox ucuzdur. Bəlli özəl xəstəxanlarda keçərlidir və acill durumlarda istifadə edilir. Acil durumlar sığortanın poliçesində ətraflı yazılır. Özəl sığortalar mütləq barkodlu, barkod yoxdursa möhür imzalı olmalı, ``İş bu poliçe 16.06.2021 tarih ve 2021/8 sayılı Vize ve İkamet İzni Taleplerinde Yaptırılacak Sağlık Sigortalarına ilişkin Genelge'de belirlenen asgari teminat yapısını kapsamaktadır.`` ifadəsi yer almalıdır. Bu sığortalar Göç İdarəsi sisteminə sığorta şirkətləri tərəfində yüklənməlidir. Sistemə yüklənməyən sığortalar başvuru formu doldurduğunda sistem tərəfindən qəbul edilmir və başvurunuz sonlandırmaq olmur. 

 

6. Başvuru formu​

     Başvuru forumu yalnız https://e-ikamet.goc.gov.tr/ internet səhifəsindən alınır. Buna bənzər bir çox saxta sitələr də var ki, dolandırıcıdırlar, pulu aldıqdan sonra geri almaq mümkün olmur. Buna görə bu mövzuda diqqətli olun tək adress yuxarıdakı adressdir. Forumu əksiksiz diqqətli doldurulmalıdır çünkü o bilgilər əsasında sizə oturum veriləcək. Forumun doldurduqdan sonra bəzi Göç İdarələri randevu seçmə seçənəyi verir bəziləri isə sizə randevunu özü göndərir (məsələn Ankara, İstanbul). 29.11.2023 tarixi etibariylə artıq randevu vaxtıları təlbələr üçün önəmli deyil. Randevu vaxtını gözləmədən də sənədləri universitetinizin əlaqəli şöbələrinə təslim edə bilərsiniz. Randevu seçdilməsi mütləqdir çünki seçməsəniz başvurunu formunu əldə edə bilmirsiniz. Daha sonra başsuru formunuzu PDF olaraq endirib çap  etməlisiniz. Formu rənkli çıxartmanıza gərək yoxdur, ağ-qara və kağız isarafını azaldılması üçün arxalı önlü çap edə bilərsiniz. 

AILE-IKAMET-IZNI-BASVURU-FORMU-ORNEGI_page-0001.webp
tam-kapak-pembe-karton-telli-dosya-50-li-paket-karton-dosyalar-kraf-465228-32-B.jpg

7. PƏMBƏ DOSYA.

Kırtasiyelerdə satılan sənədləri içinə qoya biləcəyiniz çehrayı rəngdə qovluqdur. 

8. Vergi Ödəməsi/Alındı Bəlgəsi Dekontu     

Öğrencilər üçün Göç İdarəsi harç tələb etmir. Sadəcə kart ücreti alır. 2024.cü il üçün bu məbləğ 565 TL dir. Bu dekontu başvuru formunu əldə etdikdən sonra Türkiyə Gelir İdarələrindən (Vergi Dairələri) nəğd, İnternet Vergi Dairesinin web səhisindən kartla ödüyərək əldə edə bilərsiniz. Bu ödəmələri Göç İdarəsinin kassalarından da əldə edə bilərsiniz. Dekontu oturum kartınız gələnə qədər bir nüxsəsini və ya şəkilini mütləq saxlayın

IVD-Alindi-ornek.jpg

9. Sadəcə 18 Yaş altında olan tələbələr      

18 yaşını tamamlamamış tələblər üçün əfsuslar olsun ki, bu prosess çox ağır keçir. Odur ki, Azərbaycandan gəldiğinizdə aşağıdakl sənədləri mütləq gətirilməlidir. Əks halda sənədlərin Türkiyədə hazırlanması həm xərcli, həm vaxt aparan, həm də əziyyətlidir. Odur ki, 90 günlük viza içində 18 yaşı tamam olan tələbələrin, yaşının tamam olmasını və o zaman baş vurmasını məsləhət görürük. Aşağıdakı sənədləri Asan Xidmət və ya digər noterliklərdən ala bilərsiniz.Doğum şəhadətnaməsi/metirkanın Tərcümə Təsdiqi və Apostil versiyası. (Tükiyədə Azərbaycan səfirliklərində və ya Azərbaycanda Notariuslarda və Asan Xidmətdə edilir.)Valideyinləri (həm ata həm ana) noterdə tək başına yaşaması üçün icazəsi. Bu Muvakatnamə olaraq bilinir. Bu sənəd Azərbaycan Noterlərində hazırlanırsa mütləq apostil edilməlidir. Bu sərhəddən çıxmaq üçün verilən icazə sənədi deyil. Ailə fərdlərindən hər hansı biri həyatını itiribsə həyatda qalan valideyini bu sənədi hazırlamalıdır və digər valideyinin ölüm kağızı tərcümə təsdiqi mütləq apostil edilmiş  halda verilməlidir. Ailə fərdləri arasında ayrılma/boşanma olubsa bu sənəd məhkəmə qərarıyla vəlayət kimdədirsə onun icazəsi yetərlidir. Yalnız sənədin təsdiq edilməsi üçün məhkəmə qərarının da tərcümə təsdiqi və apostili tələb edilir. Məhkəmə qərarları və ölüm kağızı təsdiqi və apostili Türkiyə Respublikasında mümkün deyil yalnız Azərbaycanda mümkündür. Artıq bir çox Göç idarələri 2.ci bəndəki sənəd yetərli saymır və bunu 3.cü şəxsə verilməsini yəni Türk vətəndaşı (TC nömrəsi olan) və ya Türkiyədə oturum müddəti olan 18 yaşı tamam olan yabancı vətəndaşlara muvakatnamə verilməlisini tələb edir. Bu sənəd 2.ci bənddəki sənədlə mətin baxımından eynıdır sadəcə burda ``Tələbənin tək başına deyil, 1234567891011 TC nömrəli Filankəs Filankəsova muvakat verilir``  yazılır. Bu sənəd Azərbaycan Noterlərində hazırlanırsa mütləq apostil edilməlidir. 

 

 

 

11. DİGƏR SƏNƏDLƏR.

 

Daha öncə də xatırlardığımız kimi Göç İdarələri şəhərə görə yuxarıdakı sənədlərdən əlavə olaraq  sənədlər tələb edə bilir.

Ankara: Azərbaycandan apostil edilmiş sənədləri bir daha Türkiyədəki noterlərcə tərcümə təsdiqini tələb edir.

Bolu: Məhkumluq haqqında arayış. Bu sənədi Bolu adliyesində ala bilərsiniz. Eyni zamanda Yuxarıda yazılan Azərbaycandan apostil edilmiş sənədləri bir daha Türkiyədəki noterlərcə tərcümə təsdiqini tələb edir.

Balıkesir: Yuxarıda yazılan Azərbaycandan apostil edilmiş sənədləri bir daha Türkiyədəki noterlərcə tərcümə təsdiqini tələb edir.

İzmir, İstanbul və Denizli: Müvakatnamələri tək başına deyil 3.cü şəxslərə verilməsini tələb edir. (9.cu bənd 3.cü hissə)

Ofis Çalışanları

10.UETS Formu (Sadəcə uzatma başvurularında)

Ulusan Elektronik Tebliğat Sistemi 15 aprel 2024 tarixindən etibarən bütün növ başvurularda tələb edilməkdədir. Tələbələr necə almalıdır haqqında bilgi üçün klikləyin.

 

 

 

bottom of page