İMEİ QEYDİYYATI
Mobil Telefonlarınızın necə İMEİ qeydiyyatını aparıldığını və alternatif yolları anlatacağız.
Bu yazıda tələbələrin ən çox əziyyət çəkdiyi bir mövzuda xaricdən gətirilən mobil telefonların qeydiyyatının necə aparıldığını ətraflı yazacağıq. Xaricdən gətirilən hər mobil telefon Türkiyə gsm opetarotlarından hər hansı birini sim kartını taxdığınızda artıq Bilişim Teknolojileri ve İletişim Kurumunun sistemlərinə düşər və prosess başlayar. Bir neçə gün içində sizə sms-lə bu haqda məlumat göndərilir. 2024 tarixi etibarən bu telefonların istifadə müddəti 4 aydır. Bu bəzən 4 ayı da keçə bilir.
Bunun 3 cür həll yolu var.
1-ci yol qeydiyyat etdirmək.
2-ci yol Türkiyədən ucuz telefon alıb ondan internet paylaşaraq istifadə etmək. İphonelarda bu daha rahatdır. İcloudlar birbirinə bağlandığında və .... aktiv olduğunda bir telefona gələn zəngi bilə dəger telefonla cavablaya bilirsiniz.
3-cü yol Türkiyədən mobil telefon almaq.
1-ci yol haqqında ətraflı yazaq. Bu xidmətin qiyməti 10 Yanvar 2024 tarixi etibarən 31 692 Tl* dir. Bir vətəndaş sadəcə 3 ildə bir telefon qeydiyyatı etmək haqqı var. Bunun üçün sizin ikamet yəni oturumunuz olmalıdır. Qeydiyyatı özünüz online və ya gsm operatorlarının xüsusi xidmət məntəqlərində edə bilərsiniz. Online qeydiyyat üçün sıralama belədir.
İlk öncə hər hansı bir vergi dairəsinə gedib imei kodunuz üçün ödəmə edirsiniz. İmei nömrəsini doğru yazmağınız çox önəmlidir. Və ya https://dijital.gib.gov.tr/ adresinə girib Cep Telefonu Harcı Ödeme daxil olursunuz. Şəkillərlə ətraflı izah edilir Sonra xanaları düzgün doldurursunuz. Önəmli qeyd Tc nömrəniz bilgilərlə uyuşmadı xətası alırsınızsa İ və I hərflərinə diqqət edin. 2 imei nömrəli telefonlarda birinci çıxan imei yazmanız kifayətdir. Hansı şəhərdəsinizsə oranı qeyd edin. Vergi dairəsini seçmənizin helə bir önəmi yoxdur sadəcə işlər alınmasa pulun geri alınması üçün özünüzə yaxın vergi dairəsi seçməniz faydalıdır ki, ərizə yazmaq gedib gəlmək rahat olsun. Daha sonra ödəmə ekranında yurtiçi kartlar bölümündə sadəcə ZİRAAT, VAKİF və HALKBANK dövlət kartları istifadə edilə bilinir.
Daha onra e devlet hesabınıza yəni turkiye.gov.tr daxil olursunuz. arama hissəsinə Bilgi Teknolojileri ve İletişim Kurumu səhifəsinə daxil olursunuz. (link) O menuda qeydiyyat haqqınızı da öyrənə bilərsiniz. Form doldururkən mütləq telefonunuzda imei-yin fiziksək yoxsa elektron sim (e-sim) olduğuna diqqət edin. Formu əksiksiz doldurduqdan sonra gəlir idarəsi sisdemindən ödəmənizi avtomatik yoxlayacaq əgər ödəmə etmisinizsə başvurunuzu onaylayaraq qeydiyyatınızı bitirə bilərsiniz. 48 saat içində telefonunuz qeydiyyata düşmüş olacaq.
* Qiymət 31.12.2025 tarixinə qədərdir.