Həyatınızı Asanlaşdıracaq
Tətbiqlər
Burokratik İşlərinizi Aslanlaşdıran Tətbiqlər
Bu yazıda sizlərin işlərinizi asanlaşdıracaq tətbiqlər haqqında bilgi veririk.
1. E-Devlet
E-devlet Türkiyə Respublikasının elektron hökümət sistemidir. Çox geniş istifadəsi var. Uzun sıralar gözləmədən yüzlərcə işi turkiye.gov.tr adresindən barkodlu səndlər alaraq anında həll bilərsiniz. Xüsüsiylə siz Türkiyədə olmadığınızda bu tətbiq çox işə yarayır. E devlet şifrəsini oturum/ikamet kartınızı aldıqdıqdan sonra Türkiyədə hər hansı PTT-lərdən ikametgah tezkerənizi təqdim edərək 9 tl qarşılığında ala bilərsiniz. Çalışın itirməyin itirsəniz yenə 15 tl ödüyərək PTT-dən yenidən ala bilərsiniz. Şifrə yalnızca sizə verilir. Başqasına vəkalətnamə versəniz bilə o şəxsə verməzlər.
2. Vergi kimlik nömrəsi
Vergi kimlik nömrəsi https://dijital.gib.gov.tr/ adresindən online şəkildə alınır. Oturuma gərək yoxdur Türkiyəyə girdiyiniz xarici pasportla alınır. Bank hesablarının açılmasında bu nömrə tələb edilir. Şəxsi şirkət qurulduğunda, vergi işlərində, bəzi satın almalarda və noterlərdə kimlik nömrəsi yerinə keçir. Bir növü Azərbaycanda VÖEN kimidir. Bu nömrəni almaq üçün https://dijital.gib.gov.tr/ saytına daxil olub " Potential Tax İdentification Number Aplication" bölmədindən formu dolduraraq ala bilərsiniz. Pdf kimi sizə təqdim ediləcək nömrəni itirməyin və pasport bilgilərinizi, adressinizi tam doğru yazın.
3. Mobil Notariat
Azərbaycan Ədliyə Nazirliyinin ən gözət tətbiqidir. Vəkalətnamələr və ərizələr vermək çox asandır. Məsləhət odur ki, Azərbaycandaykən bu tətbiqi aktiv edəsiniz. Türkiyə Respublikasına gəldiyinizdə Azərbaycandakı işlər üçün vəkalət vermək, ev alqı satqısı üçün icazə vermək kimi onlarca işi telefonla həll edə bilərsiniz. Tətbiqin bir mənfi yönü xidmət haqlarının sadəcə Azərbaycan banklarının plastik kartlarıyla ödəməsidir.
4. Ankara üçün:
Bələdiyyə avtobusları üçün EGO
Elektrik fakturalarınızı ödəmələrinizi izləmək üçün Başkent 186
Qaz fakturalarınızı ödəmələrinizi izləmək üçün Başkent Gaz