top of page
3_4.webp

Yenilenme Tarixi 02.06.2024
Başvuru tarixləri :  03.06.2024 - 14.07.2024

www.metu.edu.tr
www.iso.metu.edu.tr

(+90) (312) 210 2000

Üniversiteler, Dumlupınar Bulvarı No:1, 06800 Çankaya/Ankara

  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok

1. Tarixi

     Orta Doğu Teknik Universitei 15 Noyabr 1956 cı ildə Orta Doğu Yüksek Teknoloji Enistitüsü adıyla təhsilə başlamışdır. Bu gün ODTÜ də 41 bakalavr programı və 5 fakultəylə təhsil verir. Eyni zamanda universitetdə 105 magistr və 70 doktora programı var. Hal hazırda 791 öğretim üyesi (Prof., Doç., Yrd. Doç.) 225 müəllim və 1273 asistan/araşdırmacıyla 28000 dən artıq tələbə ODTÜ ailəsidir. Bu gün Türkiyənin ən yaxşı 5 universitetindən biridir.

2. Reytinqi

     Dünyanın ən yaxşı 500 universiteti arasına zamanla girməyi də başarmışdır. Bəzi beynalxalq rating listlərində dünyanın ən yaxşı universitetlər sıralamasında üst yerlərdə göstərilir. Eyni zamanda Şimali Kıbrısda da 15 bakalavr və 5 magistr programıyla kampusu yerləşir. ODTÜ beynalxalq presteji olan bir universitetdir. Odur ki, hər fakultə müəlimlərinin 5 % dən çoxu xarici müəllimlərdir. ODTÜ də müəllim olmaq üçün mütləq xarici ölkə təhsili şərti olduğu üçün müəllimlərin demək olar ki, hamısının xarici ölkələrdə təhsili vardır. 93 ölkədən 1700 dən artıq xarici tələbə ODTÜ də təhsil alır. Mühəndislik fakultəsində bütün fakultələr ABŞın akredit qurumu olan Accreditation Board for Engineering and Technology (ABET) tərəfindən dəyərləndirilmiş və akredit edilmişdir.

3. ODTÜ-də KAMPÜS HƏYATI

     ODTÜ Ankaranın, o cümlədən Türkiyənin ən gözəl guşəsidir. Süni salınmış meşə, Eymir gölü ODTÜ nü daha gözəl edir. 4500 hektar kampus ərazisi və 3043 hekra meşəlik ərazisinə malikdir. ODTÜ tələbələrin yaşaması üçün hər cürə şəraitə malikdir. Balaca bir şəhər olan universitetdə 19 yataqxana, 1 alışverış merkezi, 1 böyük market, 9 bank, 3 sport kompleksi, 2 futbol sahəsi, 10 halısaha, 6 tenis sahəsi, olimpik üzmə havusu və bir çox sosial mərkəzlərlə tələbələrə gözəl bir tələbəlik həyatı yaşadır. ODTÜ nün Elmadağ və Bursa Uludağda yayda alpenisizm/dağ idmanları, qışda xizək üçün idman məkrəzləri yerləşir. Böyük Kültür Kongre Mərkəzində bütün il boyu müxtəlif teart, konsert, sənət sərgiləri keçirilir. Hər il Beynalxalq Bahar şənliyində tələbələr unutulmaz anlar yaşayır. ODTÜ tələbə təşkilatlarıyla da məhşurdu. Fərqli fakultələri müxtəlif hobi, əyləncə və sosial sahələrdə toplaşıb, gözəl və maraqlı tədbirlər həyata keçirirlər. ODTÜ Teknokent hissəsi araşdırma və inkişaf üçün tələbələrə xüsusi imkan yaradır. 

4. Abutriyentlərə məsləhətlər 

     ODTÜ hər kəsin xəyalında olan bir universitet olduğuna görə universitetə girmək üçün ciddi rəqabət olur. Bu rəqabət ODTÜyə ən yaxşı tələbələrin gəlməsinə səbəb olur. ODTÜ də qiymətləndirmə CURVE yəni bir növü ORTALAMA əsasında verilir. Bütün tələbələrin qiymətlərinin müəyyən bir usulla əddədi ortalaması alınır və ona görə qiymətləndirmə edilir. Bu da ən yaxşı tələbələrdən yaxşı olmalısınız deməkdir. ODTÜ texnik universiteti olduğunda dəqiq fənlər daha çox ağırlıqlıdır. Mühendislik fakultələrinə gəlmək istəyirsinizsə və Riyaziyyat, Fizika və Kimyadan bünövrəniz yoxdursa ODTÜ-də çox çətinlik çəkəcəksiniz. Tələbələrimizin ODTÜ də oxumağın çətin olduğunu, dərs yükünün çox olduğunu, müəllimlərin bəhanə dinləmədiyini çox yaxşı bilməlidir. Bu məsuliyyətlə gələn abutriyyentlər bu çətinliyi unudulmaz anılar, gözəl dostluqlar, dünyagörüşlü çox gözəl bir tələbələ çevirə biləcəklər.

4. ODTÜ-nü qazanmaq 

     ODTÜ-nü qazanmaq biraz çətindir. Qəbul sadəcə imtahan sonuçları əsasında aparılmır. Azərbaycan vətandaşlarından ən azından Dövlət İmtahan Mərkəzinin 1.ci imtahanın nəticəsini görmək istəyir. ODTÜ-də qəbulları təşkil edən bölməsi  Beynalxalq Tələbələr Ofisidir (qısa adı İSO). İşini bilən çox mehriban bir komandası var. ODTÜ şirkətlərlə müqavilə əsasındə tələbə yerləşdirmə yönündə qəti işləmir. Bu yöndə sizlərə vəd verənlərə qəti inanmayan. Dərnəyimizin 22 Aprel 2024 tarixli ODTÜ rektörlüyünə rəsmi müraciəti əsasında tələbələri düzgün məlumatlandırmaq və onların ən doğru tərcihi etmək üçün doğrudan İSO-dan sadəcə bilgi almaq mövzusunda bir razılığa gəlinmişdir. ODTÜ-nü qazanmaq üçün İSO öz web səhifəsində "Başvurunuzu Güçlendirme Yolları" adlı yazısını mütləq oxumalısınız. (Yazını oxumaq üçün linkə klikləyin) və ya ətraflı məlumat üçün bizə maildən vəya instagram səhifəsindən də yaza bilərsiniz. 

5. 2024-2025 Tədris İli üçün ODTÜ-yə başvuru 

Başvuru tarixləri :  03.06.2024 - 14.07.2024

Başvuru linki       :  https://application.metu.edu.tr/

Başvuruda qəbul edilən imtahanlar:

1) SAT- Ən az 1200 Toplam (Mühendislik Fakültesi, Mimarlık Fakültesi ve Fen-Edebiyat Fakültesi Fen Bilimleri Programları üçün buna əlavə olaraq 800 üzərindən ən az 700 “Math” bali almaq)

2) TR- Yös - Abutriyyentin girdiyi TR-YÖS imtahanı sıralamasında ilk %5'in içində olmaq.

3) DİM - DİM imtahanlarında baş vurduğu fakultəyə uyğun ixtisas qrupundan 700 üzərindən ən an 625 bal toplamaq

Başvuru üçün lazımlı sənədlər. Sənədlər Türk və ya İngilis dilində olmalıdır. Biz Türk dilində olmasını tövsiyə edirik ki, başqa universitetlərə də başvuruda istifadə edə biləsiniz.

1. Atestat və ya Atestat alınmayıbsa məzun olacağınızı görsədən arayış Türkçə vəya İngilis dilində (nümünə üçün klikləyin)

2. 9-10-11 ci siniflərdə aldığınız qiymətlər. (nümünə üçün klikləyin)

3. Tr-YÖS, DİM, SAT və ya aşağıda olan hər hansı bir imtahan nəticəsi. 

4. Foto.

5. Xarici pasport və ya şəxsiyyət vəsiqəsi. Xarici pasportu tərcümə edilməsi lazım deyil. 

6. Başvuru ucreti 2024 ili üçün 55 ABŞ Dolları

Çox önəmli məlumat. Aşağıda yazılan hər hansı bir sənəd başvurunuzu daha qəbuledilir edəcəkdir.

  • Tr-Yös və ya SAT balıyla başvuru etsəniz bilə mütləq DİM balınızı da göndərin. Ən azından DİM imtahanın birinci hissəsinin balını görmək istəyirlər.

  • Dil imtahanı balı/sertifikatı göndərin. Bu mütləq ingilis dili olmalı deyil. Göndərdiyiniz imtahan balı və ya sertifikat mütləq təsdiq edilə bilir olmalıdır.

  • Orta məktəbdə hazırladığınız inşa, məqalə, ev tapşırığı kimi keyfiyyətinizi ortayan qoyan bir yazı işiniz.

  • Referans/Tövsiyə məktubu. Xususisən müəllimlərinizdən aldığınız önəmlidir. Tövsiyə olaraq başvuracağınız fakultəyə uyğun müəllimlərdən almanız işinizə daha yarıyar. Məsələn mühəndislik fakultəsi üçün riyaziyyat və ya fizika müəllimi, iqtisadi idari bilimlər üçün riyaziyyat və ya ingilis dili müəllimi kimi. 

  • Niyyət məktubu. ODTÜ-nü niyə seçirsiniz, oxuyacağınız fakultələr üçün gələcəkdə ne etməyi planlayırsınız onun haqqında yazın. Çox geniş olmasın və çalışın həqiqi hədəflər olsun. (nümünə üçün klikləyin)

  • Əvvəl çalışdığınız hər hansı bir proekt (Əsasən də Memarlıq fakultəsi üçün)

  • Oxumaq istədiyiniz bölümlə əlaqəli sertifikatlar. Məsələn BMT fəaliyətlərinə qatılım, hər hansı araşdırmalarda işiniz, aldığınız online dərslər, stajlar və.s.

  • Qeyri Hökümət Təşkilatların-da (QHT) fəaliyyətləriniz. Bu QHT-lərin cəmiyyət yararına gördüyünü işlər olması əhəmiyyətlidir. Bu QHT deyil şəxsi bir fəaliyyətiniz də ola bilər.

  • Dərsdən kənar fəaliyyətləriniz. İdman fəaliyyətləriniz, sənət və.s.

  • Əlillik, xroniki xəstəlik ya da maddi vəziyyətinizlə bağlı xüsusi sənədlər.

6. 2024-2025 Tədris İli Təhsil Haqları

Hələ elan edilməyib. 2023-2024 tarixində illik qiymətlər aşağıdakı kimidir.  Xatırladaq ki, Bakı Dəyanət Litseyi, Bakı Türk Anadolu Litseyi bitirmiş tələbələr illik təhsil haqları ödəmirlər.

 

Mühəndislik Fakültesi                                                   3000 dollar

Memarlıq Fakultəsi                                                         3000 Dollar

Fen- Edebiyyat Fakultəsi                                             3000 Dollar

(Mathematics, Physics, Chemistry, Biology, Molecular Biology and Genetics, Statistics)

Fen- Edebiyyat Fakultəsi                                             2000 Dollar

(Sociology, Psychology, History, Philosophy)

İqtisadi İdarəetmə Fakultəsi                                    2000 dollar

Eğitim Fakultəsi                                                               2000 dollar

ODTÜ qəbul sırasında tələbələrə təhsil haqlarında 25%, 50% və 75% endirim yəni burs da verə bilir. Bu burslar təhsil müddətincə deyil daxil olduğu ilə aiddir. Bəlirli bir ortalama altına düşsəniz o burs ləğv olur və normal təyin olunmuş qiymətlərdə ödəmə etməli olursunuz. 

ODTÜ KONTENJANLARI.png

7. 2024-2025 Yataqxana başvurusu və qiymətləri

çox qısa vaxtda elan ediləcək.

8. 2024-2025 Tədris İli üçün qəbul edilən imtahanlar.

odtu_iso_kriterler_Page_1.jpg
odtu_iso_kriterler_Page_2.jpg
bottom of page