top of page

Azərbaycandan Pul Göndərmək ve Almaq

Ən Sərfəli Pul Göndərmək Yolları 

     Bu yazıda valideyinlərin tələbələrə necə rahat pul göndərə biləcəyini yazacağıq. Xatırladım ki, qiymətlər burda zamanla dəyişiklik ola bilər və bu yazı sadəcə həm bilgi vermək, həm də vətəndaşlarımıza köməklik məqsədiylə daşıyır. 

     01. UPT

    UPT-lə də ucuz pul göndərmək mümkündür. 0.8 % göndərəndən komisya alır. Bu ödəmə yolunun ən gözəl tərəfi sadəcə xarici pasportla və ya oturumla Türkiyənin istənilən nöqtəsində tələbələrimiz Türkiyənin Mərkəzi Poçtu olan PTT - dən pullarını ala bilərlər. Yalnız  PTT dollarla ödəmə etmir öz məzənnəsiylə TL verir. Əgər dollar istərsəniz 1 gün öncəsindən uyğun PTT-yə bildirməlisiniz. PTT öz mərkəzinə sifariş verir və bir gün sonra o pulu ödəyə bilir. Eyni zamanda Aktif bank şöbələrindən də nəğd şəkildə ödənişi ala bilərsiniz.

  UPT ödəmə sistemi təzəliklə UPTİON adlı uyqulamasını yayımlayıb. Bu uyqulamayla siz pulu Uption hesabınıza çəkə bilirsiniz. Bu sistemdə nəğd pul istərsəniz istənilən bankın bankamatiğində çəkə bilirsiniz. Yalnız bunun üçün cuzi bir komisya alır.
Azərbaycandan UPT ilə pul göndərə biləcəyiniz banklar: Beynalxalq Bank, AFG Bank, Azər Türk Bank, Bank Respublika, Bank BTB, Express Bank, Gunay Bank, Xalq Bank, Naxçıvan Bank, Unibank.

     02.Korona Pay/ Zolotoy Korona/Golden Pay

    Tükiyəyə bir necə yolla pul göndərmək olur. Bunlardan biri Zolotaya Koronadır. Bu ödəmə yöntəmini fərqli qılan özəlliyi, ucuz olması, mobil telefonlarda uygulaması olması və pul göndərildiyi anda sizə mesaj göndərməsidir. Bu uygulamanı telefonunuza endirməklə heç bir yerə getmədən öz kartınıza pul göndərə bilərsiniz.  Belə ki, kartınızda yazılan “Ad Soyad” göndərilən zamanı sisteme girilən adı soyadıyla eyni olmalıdır. Korona bu işləm üçün sizdən komisiya tutmur amma bəzi banklar gelen puldan komisiya tutur (Məslən Garanti bank ). Məsələn ENPARA kartı komisiya tutmur. Xatırladım ki, Zolotoy koronanın MƏNFİ tərəfləri exchange rate/məzənnə/kuru bir az aşağıdır və dollarla deyil Türk Lirasıyla kartınıza pul göndərə bilirsiniz.

   Zolotoy Koronayla Türk Lirası da göndərə bilirsiniz. Bunun üçün sizə pul göndərən şəxs pulu göndərdiyi zaman agentliyə/banka Türk Lirəsiylə göndərmək istədiyini bildirməlidir. Bu zaman Korona sistemində olan məzənnəylə (məzənnəsi normaldan aşağıdır) dəyişiklik edilir. Eyni zamanda pulu dollarla almaq istəyirsinizsə agentliklərinə gedə bilərsiniz.

  Pul gəldikdə xəbər almaq və heç bir yerə getmədən pulunuzu kartınıza göndərmək istəyirsinizsə uygulamada register etdiyiniz telefon nömrəsini pul göndərilən zaman mütləq sistemə qeyd etdirməlidir.  Əgər telefon nömrəsi yazılmazsa pulunuz uygulamaya düşməyəcək və şəxsən müvafiq agentliyə getməlisiniz. Başqa bir mənfi tərəfi Azərbaycandan ən çox 1000 dollar pul göndərə bilirsiniz. 

   Zolotoy Korona 500 dollara qədər ödəmələrdə 5 dollar* 500-1000 dollar arası ödəmələrdə 8 dollar* komisiya alır. Qarşı tərəfdənsə heç bir komisiya tutulmur. 

    Acentalardan pul pasport və ya oturumla alına bilinir

     03.Western Union

    Western Unionunu eşitməyən yoxdur. Bu pul göndərmə sistemi biraz Korona payə görə bahalı olsada prosedur çox çox rahatdır çünkü bütün banklarla həmçinin PTT-lə işləyir. Yəni siz heç bir yerə getmədən bankınızın mobil uygulamasıyla və ya bankınızın Web hesabından dən adınıza gələn pulu hesabınıza qoya bilirsiniz.  İster TL qarşılığını, istərsəniz də dollar hesabınıza dollarınızı qoya bilərsiniz. Son dönəmlərdə banklarda bu pul transferini ödəməkdə problemlər yaşanır. Amma bank hesabınız varsa internet və ya mobil bankacılıqla hesabınıza çəkə bilirsiniz.

  Acentalardan pul pasport və ya oturumla alına bilinir

     04.Azərbaycandan Banklarının plastik kartları

     Azərbaycanda açtığınız hər hansı bir Bank kartıyla Türkiyədən pul çəkə və alışveriş edə bilərsiniz.  Hər bank nəğdləşdirmə zamanı fərqli %lar tutulur. Bu faizlər hansı bankamatikdən çəkdiyinizə görə də dəyişə bilir. Bu üsül post terminallarından ödənişlər üçün daha faydalıdır. Çünkü nəğdsiz ödəniş olduğundan arada faiz tutulmur. Nəğd pul çəkmələrdə ən bahalı yoldur amma təcili pul lazım olanda çox faydalı olur.  

     05.Kapital Bankın “Bir Bank” Uygulaması

     Azərbaycandan pul göndərmək üçün Kapital Bankın Bir Bank uygulamasını da istifadə edə bilərsiniz. Bunun üçün Kapital Bankdan her hansı bir kartınızın olması və tələbənin Türkiyədə bank hesabı və hesaba bağlı kartı olması lazımdır. Siz Bir Bank uygulamasından PUL KÖÇÜRMƏLƏR bölməsinə girirsiniz orada “HƏR HANSI BİR KART”ı tıklayın və çıxan səhifədə göndərəcəyiniz kartın nömrəsini, kart üstündə yazılan ad və soyadı daxil edin. Yalnız bu sistemi istifadə üçün mütləq 3D sisteminizin aktiv olması lazımdır. Bu sistemi Kapital Bank müştəri xidmətlərinə zəng edib aktiv hala gətirə bilərsiniz. Bu köçürmələrdə Kapital Bank 3% komisiya tutur. Gələn puldan isə bəzi banklar bir miqdar pul tuta bilir. Məsələn Enpara kartı pul tutmur amma Vakıf bank 30 tl komisyon tuta bilir. Bu köçürmələrin avantajı heç yerə getmək məcburiyyətində qalmırsınız və pul qarşı tərəfin TL olaraq birbaşa hesabına keçir. Pis yanı isə çox yüksək məbləğ göndərmək olmur (bir karta 1000-1200 manat) yüksək faizi var və hesaba TL olaraq keçir. 

     06.TURAN tətbiqi.

    Turan tətbiqiylə daha çox uyğun faizlərlə Azərbaycana pul göndərmək üçün sərfəlidir. Uygulamada qeydiyyat üçün 18 yaşınızın doldurmanız və Türkiyədə oturumunuzun olması lazımdır. Cumaertesi Bazar hesaba pul göndərildikdə iş günləri Azərbaycan kartına keçir.

     07.Zıraat bank

     Bu uygulamanı istifadə etmək üçün valideyinin Azərbaycandakı Zıraat Bankında hesabı həm də tələbəmizin Türkiyədəki Zıraat Bankında hesabı olmalıdır. Çox ucuz qiymətə Azərbaycanda banka gedərək qarşı tərəfin Zıraat İBAN nömrəsinə pul köçürə bilərsiniz. Sadəcə burda bir məsələ var ki, diqqət etmək lazımdır. Siz manatla gedib TL olaraq pul göndərmək istədiyinizdə çox aşağı məzənləylə sizə TL satırlar. Bank xaricindən TL alıb gətirmək və ya dollar göndərmək daha sərf edir. Bu hesablamaya diqqət etmək lazımdır.

     Bu işin ən müsbət tərəfi Türkiyənin ən böyük dövlət bankı olduğuna görə hər yerdə şöbəsi var. Eyni zamanda Türkiyədə dövlət bankları bir birlərinin ATM/Bankamatiklərini pulsuz istifadə edə bildiyinə görə atm/bankamatik tapmaq problemi yaşamırsınız.

241025881_388563975985137_2781836375890041023_n.png
zolotaya-korona1634127510.png
unnamed.webp
313276172_518112933660964_2143126376415577571_n.jpg

Fikirləriniz Bizim Üçün Önəmlidir!

Görüşlərinizi bizə yazın!

  • Facebook
  • Twitter
  • Instagram

Təşəkkür edirik!

bottom of page