top of page

"Türkiyədə Tibbi Xidmətlər: Azərbaycanlı Tələbələr Üçün Yol Rəhbəri"

       Türkiyə Respublikasında tibbi xidmətlər çox yüksək səviyyədədir. Ancaq xarici tələbələr üçün bu o qədər də rahat olmaya bilir. Türkiyədə tibbi xidmət verən 3 kategoriyada quruluş var.  Dövlət xəstəxanaları, Özəl xəstəxanalar və Ailə Həkimliyi. Hər biri üçün ikamet izniylə xidmət ala bilirsiniz. Pasportlarınızla özel və dövlətdən xidmət ala bilirsiniz yalnız bu durumda xidmət haqqı çox baha başa gəlir. Bəzi tələbələrimiz xidmət ala bilmədiklərindən şikayətlənirlər. Əslində ACİL bölümündən girən hər kəsə xidmət etmək məcburidir və Toplumun Sağlığı konusundada həm təhlükəli həm də suçdur. Bu cür durumlarda Sağlıq Bakanlığı Alo 184 zəng edib qurumu şikayət edə bilərsiniz.

0.jpeg

Ailə Həkimliyi

Ailə Həkimliyi Sağlık Bakanlığının Halk Sağlığı bölümünə bağlı qurumlardır. Qurulma məqsədi xəstəxanaların yükünü azaltmaqdır. Soyuqdəymə, diareyra, tibbi raporlar kimi ayaqüstü müalicə edilə bilnəcək xəstəliklərdə bura getməyiniz önəmlidir. Bu qurumlardan faydalanmaq üçün OTURUM İZNİ və Adress QEYDİYYATINIZ mütləq olmalıdır. E-Devlet tətbiqindən hansı ailə həkimliğinə bağlı olduğunuzu tapa bilirsiniz. Əgər E-devlet tetbiqində yoxdursa ən yaxın ailə həkimliyinə yaxınlaşıb ora qeydiyyat ola bilərsiniz. Sizi HALK SAĞLIĞI üçün qeydiyyat etməmək kimi bir şey mümkün deyil. O qurumlarda sekreter işləriylə məşğul olanlar xarici vətəndaşlar mövzusunda çox da bilgi sahibi olmaya bilirlər amma həkimlər həqiqi mənada çox bilgilidirlər. Xidmətləri tamamən pulsuzdur və heç bir sığorta tələb edilmir, reçete/resept yaza bilirlər. Tələbələrimiz xəstələndikdə ilk bu qurumlara getməsi çox önəmlidir. 

DÖVLƏT XƏSTƏXANALARI

      Dövlət xəstəxanaları Türkiyədə tibbi xidmət verən quruluşlardır. Çox böyük xəstəxanalar mövcütdur. Bu xəstəxanalarda xidmət xarici vətəndaşlar üçün pulludur. Ona görə sizdən sığorta tələb edirlər. Bu qurumlarda qeydiyyat alma bölməsində xarici vətəndaşları birbaşa qeydiyyat etməyə bilirlər. O zaman sizləri Turist Bölmünə yönləndirə bilirlər. Sığortanız yoxdursa mövcut xidmətlərdən 3 dəfə baha xidmət haqqı alırlar. Yalnız 3 dəfə artıq ödəmə uyqulaması OTURUM İZNİ olanlar və TÜRKSOYLU BƏLGƏSİ* olanlara uygulanmır. Bu xəstəxanaların sistemləri qarışıqdır. Randevu sistemiylə çalışırlar. Merkezi Hekim Randevu Sistemi (MHRS) (www.mhrs.gov.tr) nə daxil olaraq randevu ala bilirsiniz. ACİL bölməsi randevu sistemiylə çalışmaz və sizi qəbul edərkən sığortanıza,vətəndaşlığınıza baxmaz amma xidmət haqqı hesablamalarında sığorta və vətandaşlığa baxır. Biraz qalabalıq və xidmət alma mövzusunda uzun sıralar mövcüddür. Odurki bu qurumlara getdiyinizdə biraz səbrli olmağınız çox önəmlidir.

250697982_245406464317350_31941523000291319_n.jpg
izmir-ozel-hastaneler.png

Özəl Xəstəxanalar

       Yüksək səviyyədə xidmət və sıra gözləmək istəməyənlərin ən çox tərcih etdiyi tibbi xidmət verən qurumlardır. Burada müştəridən fərqli olaraq bir müştəri olduğunuzdan xidmətlər yüksək səviyyədə və nor olaraq bahalıdır. Özəl Sağlıq Sığortalarıyla və SGK-la işləyirlər amma bir dövlət xəstəxanalarından 3-4 dəfə bahadır. Pasportla da xidmət ala bilirsiniz. Sağlık Sığortanızın burda keçərli olub olmadığını mütləq öncədən öyrənin. Əks halda çox böyük ödəmələrlə qarşılaşa bilirsiniz. Acil hissəsi eyni dövlətdə olduğu kimi xəstənin sığortasına vətəndaşlığına baxmazlar amma qiymətləndirmə mövzusunda nəzərə alırlar. Bu xəstəxanalar nə qədər də özəl olsalar da Sağlıq Bakanlığının nəzarətində çalışırlar. Bir problem yaşandığında mütləq ALO 184 xəttinə müraciət edə bilərsiniz. 

bottom of page