top of page

SSS

Ən Çox Verilən Suallar

Sizə necə qatıla bilərik?

Bizə qatılmaq üçün mütləq Türkiyə Respublikasının qanunlarına əsasən aktiv oturumunuz olmalıdır. İnstagram və ya mail səhifəmizə yazaraq üzv ola bilərsiniz.

Üzvlərə ödəniş edilirmi? 

Xeyir. Qanunən bu mümkün də deyil. Fəaliyyətlər tamamən könüllülük əsasında aparılır. Ancaq proektlər əsasında maaş verilməsi mümkündür. 

Sizin hər hansı bir təşkilatla və ya qurumla əlaqəniz varmı?

Xeyir biz müstəqil bir quruluşuq. Tərkibimizdə siyasi və hər hansı bir dini fəaliyyət aparmaq qəti qadağandır. O cümlədən bu yöndə hərəkət edənləri kəsinliklə qurupumuzda saxlamırıq.

Burda yazılan xəbərlərin mənbəyi nədir?

Burda yazılan məlumatlar tələblərimizdən və əlaqəli qurumların rəsmi səhifələrindən alınan məlumatlardır. Məlumatlarda anlıq olaraq dəyişməsi nəticəsində məlumatların da dəyişməsi mümkündür.  

Dərnəyə üzvlüyün nə köməyi var?

1. Göç İdarəsi üçün sənədlərin hazırlanmasına köməklik ediləcək. Firmalardan endirimli sığortalar ala bilirik
2. ⁠Hüquqi problemlər yarandığında onlara yol görsədəcəyik. Məsləhətli vəkillər təşkil edə biləcəyik 
3. ⁠Gələcəkdə geniş projelərdə part time iş təşkil ediləcək.
4. ⁠Tələbələr əlehində bir qərar çıxarsa ona etiraz ediləcək.
5. ⁠Rəsmi dövlət qurluşlarıyla vətəndaşlar arasında aracı olacağıq.
6. ⁠Rəsmi burs vermə imkanlarımız olacaq.
7. ⁠Tələbələrə staj və iş imkanıarı yaradacağıq.
8. ⁠Təhsil haqqı ödəmək üçün 0-3% arası uygun pul göndərmə yollarımız var.
9. ⁠Universitet içində bürokratik işləriniz üçün güvənilir adamlarımıza etibarnamə verə biləcəksiniz.
10. ⁠Projeləri olan tələbələrə sponsor ola biləcəyik və ya sponsor təşkil edə biləcəyik.

11. Edəcəyimiz işlər önəmli və səs gətirəcək proektlər olacağından gələcəkdə CV-inizdə müsbət görsənəcək.

Dərnəyinizə necə güvənək?

Dərnəklər müstəqil qeyri hökümət təşkilatı olsa da fəaliyyətləri Türkiyədə qanun çərçivəsində Daxili İşlər Nazirliyinin İl Valiliklərin (bir növü icra hakimiyəti) İl Sivil Müdürlüklərinin nəzarətindədir. Bank hesabları, gördükləri işləri adı keçən quruluşa report edirlər. Dərnək fəaliyyəti öncədən təsdiq və elan edilmiş tüzük (bir növ konstitusiya) çərçivəsində aparılır. Tüzükdəki maddələr də Türkiyə qanunlarına, insan haqqlarına zidd ola bilməz. Eyni zamanda dərnək fəaliyyəti tək nəfərlə deyil ən az 16 nəfərlə görüldüyü üçün hər kəsi əhatə edir. Hər şeydən kənar biz hər kəsi əhatə edən gələcəyə parlaq gənclərin yetişməsi üçün çalışırıq. Güvənilir bir təşkilat yaratmaq üçün də hər kəsin güvənini qazanmalıyıq.

bottom of page