Viza, Viza Hesaplama və Ən Səhv Edilən Məsələ
Azərbaycan Respublikası Vətəndaşları Türkiyə Respublikasında vizasın qalma icazəsi 180 gün içində 90 gündür. Lakin bu vaxtı hesablayarkən tələbələrəmiz çox ciddi səhvlər edirlər və onların cəza almalarına səbəb olur. 90 gündən artıq qalmaq istəyənlər mütləq oturum/ikamət üçün başvuru etməlidirlər (Ətraflı linkdə). Göç idarəsinin oturum başvurunuzu nəticələndirmək üçün qanunən 90 günü var. Bu 90 gün vətəndaşların viza sürəsi deyil Göç İdarəsinin dəyərləndirmə sürəsidir. Qarışdırılmasın.
1. 90 gün sonunda giriş çıxış edərəm 90 gün yenilənər.
Bu ən çox edilən səhvdir. Viza sürələri 90 gün sonra deyil 180 gün sonra yenilənir. Nümünə üzərində daha detaylı baxaq. Vətəndaş 9 Yanvar 2024 tarixində Türkiyəyə giribsə onun gün təzələnməsi sadəcə 9 iyun 2024 tarxində ola bilər. Vətəndaş bu tarix içində yanvarda 25 gün, martda 15 gün, apreldə 25 gün qala bilər amma 9 iyuna qədər qalacağı tarix cəmi 90 günü keçməməlidir. 90 gün tamamlandıqdan sonra siz qanunsuz qaldığınıza görə cərimələnirsiniz.
2. 90 günüm var oturum baş vurusunu etmək üçün tələsməyə gərək yoxdur.
Bu demək olar ki, təzə gələn tələbələrin bəlasıdır. Türkiyədə bu aralar ciddi göç problemləri var. Dosyaların çoxluğu qarşısında göç idarələri tələbə başvuruları daha öncə 1-2 həftədə nəticələndirirdisə də bu günlərdə 90 günlük vaxtın tamamını istifadə edir. Əsasən böyük şəhərlərdə başvurular 80 gün sonra nəticələnir. Yanvar 15-i tətillərin başladığını nəzərə alsaq siz ən gec oktyabrın 15-i baş vurmalısınız. Oturumunuz olmadan da ölkəni tərk etdiyinizdə Türkiyə giriş tarixindən etibarən 90 gün viza sürəniz tamamlanıbsa cəza yazırlar. 2 aydan artıq qaçaq olmunuzsa 1 ay deport almaq ehtimalınız da var. Odur ki, Türkiyəyə girdiyinizdə ilk işiniz oturum başvurusu etmək olmalıdır.
3. Oturumum dəyərləndirməsi bitməyib amma ölkədən mütləq çıxmalıyam. Hansı yolu izləməliyəm?
Burada izlənə biləcək 3 Yol var.
a) Siz başvurmusunuz dəyərləndirmə sürəniz müsbət nəticələnib amma kartınız gəlməyib. Bu zaman e-ikamet səhifəsindən BAŞVURU SONUCUMU GÖRMEK İSTİYORUM xanasını tıklayaraq gərəkən bilgiləri dolduraraq MÜRACAAT BELGESİ-ni online ala bilərsiniz. O bəlgəylə siz sadəcə 15 günlük ölkəni tərk edə bilirsiniz. 15 gündən çox qalıb geri dönənlər üçün Göç İdarəsi oturumu iptal etmək kimi bir haqqı var amma bu haqqı tələbələrə uyğuladıqlarını 8 ildir ki, görməmişəm.
b) Siz başvurmusunuz amma heç bir nəticə yoxdur. Bu zaman Göç İdarələrinə gedib MÜRACAAT BELGESİNİ əldən almalısınız. Bir çox Göç İdarəsi bu mövzuda köməklik etsədə böyük şəhərlərdə gərək "atan anan ölməlidir" ki bu sənədi versinlər (Ankara Göç İdarəsində tələbəyə məhz belə deyilib). Amma bəzi Göç İdarələri elə başvurduğun anda sizə o sənədi verir.
c) Siz başvurmusunuz amma heç bir nəticə yoxdur. Heç hara getmədən sərhəddə cəza ödüyürsünüz kimsəyə minnət etmədən gedirsiniz. Ölkəyə qayıtdığınızda əgər hələ də başvurunuz dəyərləndirmə aşamasındadırsa və borcunuz yoxdursa sizi havalimanında Göç İdarəsi məntəqsinə yönləndirirlər. Sizin başvurunuzun olduğunuz təsdiq olunduqdan sonra ölkəyə girməyə icazə verilir.
4. Sərhəddən çıxışda cəza və deport aldım nə etməliyəm?
Bu tələbələr ağını çıxartmadıqca uyqulanan bir cəza deyil. Daha çox 2 aydan çox viza vaxtını keçirdənlərə uyqulanır (3 ayı bitirib əlavə 2 ay qaçaq qalanlar ) və istənməyən bir vəziyyətdir. Bu halda siz pul cəzanızı yerindəcə ödəyin. Azərbaycanda Türkiyə Respublikasının viza şöbəsi olan SEFA VİZA-ya müraciət edin. Bu şöbə Bakı Şəhəri Nizami Metrosu yaxınlığında Caspian Plazada yerləşir. 290 manat bir xərci var. Bu prosess təxmini 1 ay çəkə bilər. Viza aldıqdan sonra Türkiyə Respublikasına giriş edə bilərsiniz və 10 gün içində oturum başvurusu etməlisiniz.
5. Türkiyəyə gəldim 90 gün içində Göç İdarəsinə başvuru etdim amma 90 günlük viza sürəm bitdi hələ də başvurum nəticələnmədi. Mən deport ola bilərəmmi?
Xeyir. Siz başvurduğunuz tarixdən etibarən artıq icazəli sayılırsınız. Qanun sizin 90 gün içində başvurmanızı tələb edir. Polis kontrolu olduğunda siz başvuru formunu təqdim edin mümkün qədər də kibar olun. Türkiyədə qanunlar çox tez tez dəyişdiyinə görə bəzən polislər xüsüsən də xarici vətəndaşlarla əlaqəli qaydalara tam hakim olmaya bilirlər. Ancaq viza sürəniz bitdikdən sonra Göç İdarəsi dəyərləndirməsi mənfi nəticələnsə o zaman təbliğat aldığınızdan 10 gün içində ölkəni tərk etməliniz. Bu durumda viza sürəniz bitdiyi gündən etibarən də cəza ödəməli olursunuz.
6. Oturumum bitdikdən sonra 90 günlük viza başlayırmı?
Xeyir. Bu da tələbələrimizin cəza alaraq səhv bildiyi bir bilgidir. 90 günlük viza sürələri sadəcə Türistik olaraq girən vətandaşlara aiddir. Siz əgər oturum almısınızsa sizin viza sürəniz oturumunuz son günüdür. Nümünə olaraq desək: Oturumunuz 18 Oktyabrda 2024 də bitir. Burada da 2 cür hal ola bilər.
1) Sizin viza tarixiniz 18 Oktyabrdır və siz o gün Türkiyədəsiniz. Göç İdarələri oturumunuzun bitməsinə 60 gün qalmış başvuru etmənizə imkan yaradır. Yəni siz 18 Avqust 2024 tarixindən etibarən baş vuru edə bilərsiniz. Eyni zamanda sizə əlavə 10 gün də vaxt verir ki, oturum baş vurusu edəsiniz. Bu 10 gün cəzaya tabiidir. Yekun olaraq siz Türkiyə ərazisindəsinizsə 28 Oktyabra qədər başvuru etməlisiniz. 28 Oktyabrdan sonra Türkiyə sərhəddindən çıxış edib təzədən giriş etməlisiniz. Bu zaman cəzanı ödədikdən sonra sizə 10 gün içində Göç İdarəsinə başvurmanız qarşılığında şərtli icazə verirlər.
2) Sizin viza tarixiniz 18 Oktyabrdır, siz o gün Türkiyədə deyilsiniz və 18 Oktyabrdan sonra Türkiyəyə girmisiniz. Bu zaman 90 günlük viza uyqulaması sizin üçün keçərlidir.