Yataqxana Ev Üçün Diqqət Edilməsi Gərəkənlər
Türkiyədə Yataqxana Tapmaq
Türkiyədə yataqxana tapmaq üçün hər zaman çox öncədən araşdırmağa başlamaq lazımdır. Çünkü yataqxana sayısı çox yetərsizdir. Yataqxanaların evlərdən ən böyük üstünlüyü Göç İdarəsinə bildirmə proseduru çox sadə və xərcsizdir. Umumi olaraq Sentyabr ayının ilk həftəsində yaxşı yataqxanaların çoxu ya dolmuş olur ya da yataqxanaların yaxşı otaqları tutulmuş olur. Otaqları çox kiçikdir. Yeməkləri yaxşı olmur hətta azərbaycanlıların ağız dadına uyğun olmur. Ramazan Qurban bayramlarında yemək verməyə bilirlər. Türkiyədə yataqxanaları 4 kategoriyaya bölmək olar. Universitet yataqxanaları, Dövlət yataqxanalar, Özəl yataqxanalar və Vakıf yataqxanaları.
İlk öncə bildirim ki, hər universitetin yataqxanası yoxdur. Yataqxanası olan universitetlərə isə universitetlərin öz tələbələri daxil ola bilir. Bu tərz yataqxanalarda qalmaq daha məsləhətlidir. Çünki həm universitetə yaxın məsafədə həm də eyni sinifdən tələbələrlə unsiyyətdə olursunuz. Bəzi universitetlərin yataqxanasına Kredi Yurtlar Kurumu vasitəsiylə yerləşdirmə edilsə də özəl universitetlərin tamamı və dövlət universitetlərin bir hissəsi özləri yerləşdirmə edirlər. Bu cür yataqxanalarda bürokratik, müqavilə məsələlərində problemləm yaşanmaz.
Dövlət yataqxanaları ucuz amma şərait baxımından yaxşı olmur. 6-8 nəfər bir otaqda qaldığı otaqlar var. Yeni tikilmiş yataqxanalarda şərait yaxşı olur. Yalnız bu cür yataqxanalara başvurular Kredi Yurtlar Kurumu vasitəsiylə e-devlet vasitəsiylə alınır. Bu da ilk ili girənlər üçün demək olar ki imkansızdır. Yalnız YTB və ya dövlət yoluyla gələnlər bu qurumların vasitəsiylə yataqxanalara daxil olur. Bu cür yataqxanalarda bürokratik, müqavilə məsələlərində problemləm yaşanmaz.
Özəl yataqlar 2024 etibariylə çox bahalı hala gəliblər. bu yataqxanalarda yaşayan tələbələr çox ciddi problemlər yaşaya bilirlər. Bu yataqxana sahiblərinin məqsədi pul qazanmaq olduğu üçün sizdən maxsimum dərəcədə istifadə etməyə və çox pul qazanmaq adına yeməklərin keyfiyyətsiz verilməsinə səbəb ola bilir. Yataqxanalarda qalırkən aşağıdakı farkotlara diqqət etmək çox önəmlidir.
-
Kira kontratınız imzalayın və saxlayın.
-
Ödəmələri əldən deyil yurt müdürü və ya yurdun öz bank hesabına yatırın
-
Əgər yurt sahibi əldən ödəməni israr edərsə də mütləq makbuz alın.
-
Kira kontratınızda verdiyiniz deposit mütləq qeyd olunduğuna diqqət edin.
-
Toplu halda 4-5 aylıq kira haqqını bəri başdan ödəməyin. Bu pulu geri almaq çox çətin prosessdir.
Vakif yurtları başqa bir yurd növüdür. Əslində bu yurtlar özəl yurtlar kategoriyasında olsa da biz ayırmağı daha uyğun gördük. Bu tərz yurtlar böyük çoxunluqla dini icmaların xeyiriyə məqsədiylə qurduğu yurtlar olurlar. Dini inancı yüksək olan, dini tələblərini vaxtında yetirən tələbələr üçün uyğun yataqxanalardır. Nə qədər də dini icmaların qurduğu vakıflar mailəşdirsə də dindar olmayan tələbələrə bir basqı, zorla dindar etmə kimi hadisələr görülməmişdir. Bu yataqxanalar özəlliklərindən biri də çox ucuz hətta pulsuz ola bilməsidir. Bu cür yataqxanalarda bürokratik, müqavilə məsələlərində problemləm yaşanmaz.
Türkiyədə Ev Tapmaq
Türkiyədə ev tapmaq çox çətin bir məsələdir. Hələ ki, xarici/yabancı bir vətəndaşsa bu işdaha da çətinləşir. Evlər demək olar ki, boş verilir. Əşyalı evlərdə əşyalar çox da yaxşı olmur. Ev kira qiymətləri universitetə nə qədər yaxındırsa o qədər baha olur. Tələbələrə ev verməyən ev sahibləri də çoxdur. Ev tutarkən sizi bu xərclər gözləyir.
-
Makler pulu 1 kira qədər (ev sahibindən tutulubsa bu alınmır)
-
Deposit pulu 1 kira qədər (xarici vətəndaşlardan 2 kira qədər ola bilir)
-
Bəri başdan kira pulu
-
Zamin. (zamin Türkiyədə dövlət məmuru tələb edilir) zamini olmayanlar deposit pulunu artıraraq həll edə bilirlər
Ev tutarkən bunu Göç İdarələrində qeydiyyatdan keçirmək üçün kira kontratınızı noterdə hazırlamanız gərəkir. bu da əlavə 3000 tl civarında bir xərc deməkdir və kiracının məsuliyyətindəri. Bəzən Göç idarəsi ev sahibini də çağırıb bilgilərin doğruluğunu təsdiqlətdirmək istəyir. Ev sahibləri komunal abonelikləri kiracının üstündə olmasını tələb edir. Bu ilk oturumu olmayanlar üçün ciddi problemdir. Çünkü abonelikləri oturumu olmayanlara vermirlər. Bu da növbəliyində Elektrik, Su və Qaz aboneliklərinə əlavə hər birinə 1500 tl olmaqla 4500 tl bir xərc çıxarır. Bu xərclər deposit olaraq yatırılmış olub aboneliklər bitdikdən sonra sizlərə geri verilir.
Tələbələr və ev sahibləri arasında demək olar ki hər zaman problem olur. Ev sahibləri tələbələrin yaşlarının kiçik olduğundan onlara bəzən basqı yarada bilir. Gənəl olaraq aşağıdakı problemlər və ehtiyat üçün nələr etmələliyik.
-
Kira kontaraktının imzalanması. Bu kontraktlar mütləq Tapusu olan şəxslər tərəfindən Noterdə imzalanmalıdır. Bəzən ev sahibləri maklerlərə vekalət verirlər bunu noterlər qəbul etməyə bilir. Kira kontraktı yoxsa oturumunuz da olmayacaqdır.
-
Depositlərin alına bilməməsi. 90% insanların bu problemi yaşadığını bilirik. Ev sahibləri depositləri geri verməmək üçün hər cür bəhanə çıxara bilirlər. Bu cür hadisələrin yaşamaq üçün mütləq kira kontaktına deposit bədəlini yazdırın. Evdən çıxdığınızda depositin geri verilməməsi durumunda mütləq huquq mühafizə orqanlarına müraciət edin. Bəzən evə verilən ziyanı bəhanə edə bilirlər odur ki, evə ilk girdiyinizdə bütün nöqsanları ev sahibinə vhatsappla şəkil çəkərək bildirin.
-
Siz kiracı olaraq girdiyinizdə evdə əşyalar varsa onların qırılması köhnəlməsindən dolayı əşyaların dəyişimi və təmiri birbaşa ev sahibinin məsuliyətindədir. Kombi, pətəklər, unitaz, evin alt qonşuya su sızdırması, binada olan təmir tikinti işləri bilavasitə ev sahibinin məsuliyyətidir.
-
Ev sahibinin kiraladığı evə icasiz girə bilməz, evdə heç bir şeyə sizin icazəniz olmadan müdaxilə edə bilməz. Bu ciddi qanun pozuntusudur.
-
Ev sahibi istədiyi vaxt tək tərəfli kira kontratını poza bilməz və sizi evdən çıxarda bilməz. Kontrakt bitənə qədər qala bilərsiniz amma siz də çıxmaq istəsəniz mütləq siz yeni ev tapana qədər gözləməlidir. Qanunən helə bir istəyi olsa sizin daşınma və bir aylıq kira masrafını o qarşılamalıdır.
-
Ev sahibi kontrakt davam etdiyi müddətçə kira artımı edə bilməz. Kira artımı Türkiyə İstatistik Kurumunun açıqladığı illik Üfe/Tüfe nisbətində arta bilər.
-
Ev sahibi və qonşular kimin evə girib çıxdığına qarışa bilməz. Yalnız uzun sürəli kontrat xarici adamların qalmasını təsdiqləyə bilsə tək tərəfli müqavilənni bitirə bilər.